Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağla bağlı cəbhədə vəziyyət daha da mürəkkəbləşəcək



Newscenter.az.25.09.2019. Qarabağ münaqişəsinin həlli ilə bağlı situasiya çox mürəkkəbdir və danışıqlara ehtiyac yoxdur.

Birinci, Ermənistan hakimiyyəti danışıqlarda güzəştə hazır deyil və aparılan müsbət danışıqları Moskva həlledici məqamda tormozlayır. İkinci, Münaqişənin həllinə maneə Ermənistan daxilində Paşinyanın reytinqinin düşməsi ilə bərabər Qarabağ klanı işğal olunmuş ərazilərdə güc toplamasıdır.
Üçüncü, Eçmiədzin Kilsəsi ilə Paşinyan arasında dərin problem hökm sürməsidir. Qeyd edim ki, Qarabağ məsələsində Kilsənin də önəmi var. Demək olar ki, Kilsə və Qarabağ klanı Kremlin göstərişi ilə Paşinyana hərhansı bir Qərbin istədiyi Qarabağ münaqişəsinin həllində kompromisə getməsinə ciddi təzyiq etməyə hazırdı.

Qeyd edim ki, növbəti ildə işğal olunmuş ərazilərdə qondarma seçki keçiriləcək. Hər iki klan bu seçkidə öz adamını rəhbərliyə gəturməyə çalışır. Xüsusu ilə Koçaryan -Sarkisyan üçün Qarabağda mövqelərini saxlamaq onlar üçün həyati məsələdir. Məhz Rusiyada buna çalışır.

Qarabağ klanı güclü şəkildə gələn il işğal olunmuş ərazilərdə keçirləcək qondarma seçkilərə hazırlaşır. Onlar bu qondarma seçkini öz mövcudiyytlərini qorumaq üçün Paşinyan qarşı təzyiqləri artıracaqlar. Artıq, Paşinyan onların siyasətlərindən xəbərdardır və onlara ultimatum göndərməklə güzəştə getməyəcəyini deyir.

Moskvada Qarabağda qondarma seçkilərdə Sarkisyan və Koçaryan tərəfdarlarının qalib gəlməsində maraqldır. Çünki, Moskva məhz Qarabağ vasitəsi ilə Ermənistana daima təzyiqlər edib, ölkəyə nəzarəti əlində saxlayıb. Rusiya çalışacaq ki, Qarabağ klanının namizədi Vitalı Balasanyan seçkidə qalib gəlsin. Məhz belə bir istəyi Paşinyan iqtidarından tələb edəcək. Əgər, Paşinyan razılşamasa, Kreml təzyiqləri artıracaq.

Amma, Paşinyan burada öz adamlarını rəhbərliyə gətirib, daha fərqli siyasət ortaya qoya bilər. Paşinyan Qərbin istədiyi şəkildə ölkəsində Rusiyanın mövqeyini zəiflədib, Qarabğda öz adamlarını rəhbərliyə gətirərsə, artıq daxili faktordan çəkinəcəyi olmayacaq. Həmçinin Qarabağla bağlı müsbət addım atar və Azərbaycanla birbaşa danışıqlara gedib, ərazilərin qaytarılması ilə bağlı siyasi iradə göstərərsə, Qərb onu dəstəkləyəcək.

Əgər, gələn il Paşinyan bu ssenarini reallaşdıra bilməsə, hakimiyyəti zəifləyəcək və demək olar ki, Qarabağla bağlı cəbhədə vəziyyət daha da mürəkkəbləşəcək.

Məhəmməd Əsədullazadə, Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri
Xəbəri paylaş