Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yüksək balla ali məktəbə qəbul olunmuş metropolitençi ailələrin övladları mükafatlandırılıb



Newscenter.az.25.09.2019. Hər yeni dərs ilinin əvvəlində “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi və Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ) metropolitençi ailələrinin yüksək balla (600 və daha çox) ali məktəblərə daxil olan övladları ilə görüş keçirir. Görüşdə tələbə adını qazananların valideynləri də iştirak edir.

Newscenter.az xəbər verir ki, bu il metropolitençi ailələrindən ali məktəblərə qəbul imtahanlarında 600 və daha çox bal toplamış 5 gənc ölkənin müxtəlif ali məktəblərinin tələbə biletini qazanıb. Onu da xüsusən vurğulamaq lazımdır ki, beş abituriyentdən biri prezident təqaüdçüsüdür. “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov tələbələri QSC sədri Zaur Hüseynovun və öz adından səmimi qəlbdən təbrik edərək, uğurlarının davamlı olmasını arzulayıb. Görüşdə çıxış edən MİHİ sədri Arif Mərdanov tədbir iştirakçılarını salamlayıb və ali məktəb auditoriyalarına ilk dəfə daxil olan gəncləri təbrik edərək, uzun illər zəhmət çəkmiş valideynlər üçün övladlarının bu gününü görməsini əsl xoşbəxtlik adlandırıb. MİHİ sədri onu da vurğuladı ki, gənclərə təşkilatın icraiyyə komitəsinin qərarına əsasən mükafatlar təqdim ediləcək.

Tələbələrlə görüşdə iştirak edən insan resursları departamentinin rəisi Tərlan Dadaşov da metropolitençi valideynləri və övladlarını təbrik edərək, ən xoş arzularını bildirib. Bu münasibətlə QSC rəhbərliyinin tələbələrə hədiyyələr təqdim edəcəyini də bildirib. Tədbirdə çıxış edən tələbələr, həmçinin onların valideyinlər “Bakı Metropoliteni” QSC-nin və Metropoliten İşçiləri Həmkarlar İttifaqının rəhbərliyinə təşəkkürlərini bildirdilər. Tədbirin sonunda tələbələrə hədiyyələr təqdim edilib.

Anar
Xəbəri paylaş