Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DİN-in əməkdaşları Pekində beynəlxalq seminarda iştirak ediblər



Newscenter.az.26.09.2019. Daxili İşlər Nazirliyinin (DİN) kriminalistika xidmətinin əməkdaşları Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyinin təşkilatçılığı ilə Pekində keçirilmiş “Kriminalistika üsulları 2019” mövzusunda seminarda iştirak ediblər.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, nazirliyin Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi, polis polkovniki Gündüz Sadıxovun rəhbərlik etdiyi nümayəndə heyəti seminar çərçivəsində Çinin İctimai Təhlükəsizlik Nazirliyinin Maddi Sübutların Ekspertizası Mərkəzinin DNT, narkotik və psixotrop, toksikoloji, foto-video görüntülərin, daktiloskopik, ballistik, qida məhsullarının və ağır metalların ekspertizaları laboratoriyalarında müvafiq proseslərin ən müasir üsullarla aparılması ilə yaxından tanış olublar.

Nümayəndə heyəti Şandun əyalətinin Deçjou şəhərində Xalq Polisinin mərkəzi təlim bazasının rəhbərliyi ilə görüşüb, bazanın infrastrukturu ilə maraqlanıb.

Seminar çərçivəsində Çinin İctimai Təhlükəsizlik Nazirliyinin Maddi Sübutların Ekspertizası Mərkəzinin rəisi Çen Sun ilə görüş keçirilib. Görüşdə hər iki tərəfin məhkəmə ekspertizası sahəsində tətbiq edilən yeniliklərlə tanışlığı həyata keçirilib, təcrübə mübadiləsi, habelə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi imkanları müzakirə edilib.
Xəbəri paylaş