Impera

XƏBƏR LENTİ
22:51Prezidentdən ciddi tapşırıq: "Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır"22:33Niyə heç cürə kompromisə getmək istəmirsiniz?22:26Azərbaycan Prezidenti: "Vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir"22:04Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşüb21:54İlham Əliyev: "Bu gün iqtidarda olan bəziləri islahatlara qarşı çıxış edirlər"20:33Kənd Təsərrüfatı Nazirliyi yanında Barama İstehsalçıları Şurası yaradılıb19:14Dövlət Gömrük Komitəsinin sədri İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri ilə görüşüb18:13Minskdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası keçirilir17:15BMqT-nin Azərbaycan nümayəndəliyi üşaqlar üçün nəzərdə tutulan sığınacaqda təmir işləri başa çatdırıb17:00Azərbaycanda yeni dövlət qurumu yaradılır16:10Bu ilin 9 ayı üzrə Energetika Nazirliyində inzibati xətalarla bağlı 539 işə baxılıb15:49Bu günədək qəbul məntəqələrinə 183 min tondan artıq pambıq təhvil verilib15:10Dünyada 820 milyondan çox insan acdır14:54KOBİA istixana təsərrüfatının yaradılmasına dəstək göstərib14:28İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər14:06Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanılıb13:41Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib13:26BMqT İcmanın məlumatlandırılması görüşlərini davam etdirir13:13Sabah hava necə olacaq?13:02Müdafiə naziri NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb12:50Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır12:15BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli ilə görüş keçirilib11:52Ayaqqabısında psixotrop maddə keçirmək istədi11:38“Mastercard” kiberməkandakı konfliktlərdə nzərərçəkmişlərə yardım edəcək11:14Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər10:39“Azəriqaz” payız-qış mövsümünə hazırlığa start verib10:27Müəllim və valideynlərin müraciətləri dinləniləcək10:06Bu rayonlarda qaz olmayacaq10:00Xətai rayonu Səməd bəy Mehmandarov küçəsi yenidən qurulub09:20Düşmən müxtəlif istiqamətlərində snayper tüfənglərindən mövqelərimizi atəşə tutub09:00Ümumdünya Qida Günü ilə əlaqədar məktəblilərlə görüş keçirilib08:30Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb22:00İlham Əliyev: "Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz"20:30Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib19:41Azərbaycan Rusiyaya nota verib17:15“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans keçirilib-FOTOLAR16:52Türkiyə nümayəndə heyəti “ASAN xidmət”də16:14Daha 38 mütəxəssis Kənd Təsərrüfatı Nazirliyi sistemində işə götürüldü15:33“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” qadınlar üçün yeni proqrama start verib15:19Yük qatarı sərnişini vurdu14:58Bakıda Türk Şurasının sammitində yekun bəyannamə imzalanıb14:47Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü başa çatdı14:35“Azəriqaz” İB iddialara aydınləq gətirdi14:25Türk Şurasının növbəti Zirvə Görüşü Türkiyədə keçiriləcək14:06"Bakı Metropoliteni" beynəlxalq tədbirdə təmsil olunub13:53Rəcəb Tayyib Ərdoğan: ""Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün əlimizdən gələni edəcəyik"13:10Bakı Şəhəri üzrə Təhsil İdarəsi gələcək hədəflərini açıqlayıb13:00Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub12:41Cari ilin 9 ayı ərzində Energetika Nazirliyinə 2707 müraciət daxil olub12:23Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb12:03Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün11:30Güzəştli şərtlərlə səyyar gübrə satışından 2756 vətandaş yararlanıb11:15Bakıda 10 məktəb direktoru işdən çıxarılıb11:05Bu yollarda rəngləmə işləri aparılacaq11:00Özbəkistanla turizm sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb10:40AQTA bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi10:12Energetika naziri vətəndaşları qəbul edib09:42Bu rayonlara qaz fasilə ilə veriləcək09:30Atəşkəs rejimi 21 dəfə pozulub09:00KOBİA TDƏŞ-ə üzv ölkələrin müvafiq qurumları ilə əlaqələri genişləndirir22:00Türkiyə bəzi dırnaqarası "müsəlman" ölkələrinin və Qərb dövlətlərinin iddia etdiyi kimi heç də işğalçılıq məqsədləri güdmür21:30Məktəblilər qida təhlükəsizliyi barədə maarifləndirilir21:00Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası Bakıda keçirilir20:15Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Goranboy rayon İcra Hakimiyyətində görüş keçirdilər19:40“Kaspersky Lab” şirkəti Azərbaycanla bağlı geniş təqdimat keçirəcək19:12Bu ilin 9 ayı ərzində ümumilikdə 182 471 sayğac yenisi ilə əvəzlənib18:35Valdaydan sonra, sərt Aşqabad silləsi18:02Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün Azərbaycana gəlib17:55Səhmdar Cəmiyyət rəhbərliyi vətəndaşları qəbul edəcək17:44Azərbaycan Ordusunda “NATO günləri”nə start verilib.17:21Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib16:40DGK:"Şimal Servis" MMC-nin idxal etdiyi mallara görə həyata keçirilən gömrük əməliyyatlarında qanun pozuntusuna yol verilməyib16:31Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib16:25“Türk Hava Yolları” cari ilin ilk 9 ayı ərzində 56.4 milyon sərnişinə xidmət göstərib16:06Rusiya Azərbaycanlıları İttifaqı: "Zatulinin fikirləri əslində dəhşətli saxtalaşdırma faktının təzahürüdü"16:00Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşüb15:53Respublikada tütün və şəkər çuğuduru yığımı davam edir15:46Ərdoğan Azərbaycana gəlib15:34Daha 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək15:25Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub15:06Azərbaycanda “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək14:36“ASAN xidmət”də Yaponiyanın mədəniyyət günləri14:17Özbəkistan prezidenti Azərbaycana səfərə gəlib13:19Sabah hava necə olacaq?13:00Gömrükçülər külli miqdarda siqaretin ölkəyə keçirilmıəsinin qarşısını alıb12:44Bu ərazilərdə rəngləmə işləri aparılacaq12:35Paytaxt məktəblisi şahmat üzrə dünya çempionu olub12:20AQTA-nın nümayəndə heyəti Monteneqro, Bosniya və Herseqovinada işgüzar səfərdə olub12:00Təhsil müəssisələrində öyrədici seminarlar keçirilir11:55Diplomatik korpusun rəhbərləri yarmarkasına gedəcək11:43Azərbaycan komandası Qətər 2019 MOKA Dünya Çimərlik Oyunlarında 2 medal qazanıb11:30Türk Şurasına sədrlik Azərbaycana keçib11:13Bu ərazilərə qaz fasilə ilə veriləcək10:41Tramp Türkiyəyə tətbiq edəcəyi sanksiyaları niyə gecikdirir?10:00Birinci vitse-prezident akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib09:43Azərbaycan-İran sərhədində insident baş verib, 1 sərhədçi bıçaqlanıb09:29Atəşkəs rejimi 22 dəfə pozulub08:21Tramp Nobel mükafatı ala bilərmi?08:00Akademik Vasim Məmmədəliyev vəfat edib22:29Ruslan Vəliyev: "Azərbaycan Dövlət Aqrar Universiteti sürətlə inkişaf edir"
BÜTÜN XƏBƏRLƏR
Ekim 2019 (402)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)

«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Virtual müxalifətçiliyə ağır zərbə dəydi

27 Sentyabr 2019, 15:02   


Newscenter.az.27.09.2019. Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov "Virtual müxalifətin iflası" adlı məqalə yazıb.

Newscenter.az həmin məqaləni təqdim edir:

"Cəmiyyət virtual müxalifətin yeni iflasının şahidi oldu. Bir neçə həftədir virtual olaraq təbliğ edilən, az qala virtual müxalifətin “siyasi təntənəsinin başlanğıcı” adlandırılan 28 sentyabr mitinqi mifi gözlənilən sonuna çatdı. Mitinqə virtual “dəstəyin” real təcəssümünün olmaması, sadə şəkildə desək, cəmiyyətdə mitinq ab-havasının və mitinqdə iştirak etmək həvəsinin və həvəskarlarının olmaması üzündən müxalifət mitinqdən imtina etmək məcburiyyətində qaldı. Həmişə olduğu kimi, bir bəhanə uydurmağı da unutmadı. Lakin hər kəsə bir daha aydın oldu ki, müxalifətin yaratdığı virtual mitinq görüntüsünün cəmiyyətdəki real siyasi və ictimai proseslərlə heç bir əlaqəsi yoxdur. Virtuallıq və virtual müxalifətçiliyə ağır zərbə dəydi. Bu onların sözün həqiqi mənasında iflası deməkdir.

Əslinə qalsa müxalifətin iflası Azərbaycanın siyasi reallığının yeni hadisəsi deyil. 26 ildir ənənəvi müxalifət iflas rejimində yaşayır və “fəaliyyət göstərir”. Səbəbi də çox sadədir. Hakimiyyətdə olduğu cəmi 13 ay ərzində törətdiyi əməllərə görə xalq tərəfindən devrilən partiyalar lazımi nəticələr çıxarmaq əvəzinə onları iflasa sürükləyən taktikalarını davam etdirməyə üstünlük verdilər və nəticədə sosial dayaqlarını bütünlüklə itirməli oldular, marginallaşdılar, cəmiyyətin mütləq əksəriyyətinin nəzərində yad ünsürlərə çevrildilər. Artıq neçə illərdir ki, ənənəvi müxalifətin yeganə fərqləndirici xüsusiyyəti nəyin bahasına olur olsun hakimiyyətə gəlməkdir. Sübut etməyə ehtiyac yoxdur ki, “nəyin bahasına olursa olsun hakimiyyətə gəlmək” istəyi demokratik cəmiyyətlərdə adi norma sayılan siyasi azadlıqlar anlayışının bütünlüklə təhrif olunması, zədələnməsidir və onun demokratiya anlayışı ilə hər hansı əlaqəsindən söhbət gedə bilməz. Bu, xaos və anarxiyaya aparan başlıca yoldur ki, vaxtilə sınaqdan keçirilib, insanlar onun ağır fəsadlarını yaşayıb və bu səbəbdən də bir daha təkrar olunmasına qətiyyən imkan verməz. Xalqın mandatını qazanmağın yeganə vasitəsi yalnız və yalnız inamdan, etimaddan ibarətdir. Ənənəvi müxalifətin haqqında söhbət etdiyimiz siyasi resursu çoxdan tükənib və bu gün onun xalqla bağlılığını sübuta yetirən nəyisə tapmaq qeyri-mümkündür. Əhalinin müxalifətə illərdir davam edən etinasızlığı ilk növbədə məhz xalqla heç bir əlaqəsinin olmamasının nəticəsi kimi başa düşülməlidir.

Sözügedən ənənəvi müxalifət xeyli zamandır əsas etibarilə virtual aləmdə mövcuddur. Əslində bunun özü də həmin müxalifətin iflasının nəticəsi və təzahür forması sayıla bilər. Ənənəvi müxalifətin virtuallığı təkcə real həyatdan ayrılmağında deyil, həm də manipulyasiyalarla özünü cəmiyyətə real güc kimi təqdim etməyə çalışmasında təzahür edir. Bu qəbildən olan çabalamalara bəlkə də fikir verməyə dəyməz. Əgər kimsə özünü virtual aləmdə, trolların ətrafında güc sahibi sanıb təsəlli tapırsa, qoy tapsın. Vaxtilə ölkədə keçirilən prezident seçkilərindən sonra məğlub müxalifət nümayəndəsinin təxminən bir il özünü “prezident” adlandırması kimi tragikomik hadisə yaddaşlardan silinməyib. İndi isə yeni bir tragikomik hadisə müşahidə olunmaqdadır: məlum virtual müxalifət anonim tərəfdarlarının manipulyasiyaları sayəsində özünə “ana müxalifət” adı qoyub. Cəmiyyət bütün bunlara öldürücü sükutla cavab verir. Lakin görünür, virtual müxalifət öz uydurduğu yalana özü inanmağa başlayıb. Belə olmasaydı bir neçə gün əvvəl virtual aləmdə sentyabr ayının 28-də keçirmək istədikləri mitinqdə insanların iştirakı ilə bağlı sorğu aparmaq niyyətinə düşməzdilər. Hesab edirəm ki, virtual müxalifətin bu addımı onlardan ötrü soyuq duş effekti yaratdı: sorğuda iştirak edənlərin təxminən 90 faizi mitinq çağırışına “yox” dedi və virtual müxalifət daha acınacaqlı mənzərəni görməmək üçün sorğuları dayandırmalı oldu. Buna iflasdan başqa ad vermək mümkün deyil. Lakin bizi maraqlandıran təkcə insanların əksəriyyətinin həmin sorğulara mənfi reaksiyası deyil, zira nəticənin belə olacağına əsla şübhəmiz yox idi. Bizim üçün sorğunun digər vacib nəticəsi müxalifətin virtuallığının daha bir əyani sübutu olmasındadır. Bir daha isbat olundu ki, ənənəvi müxalifətin əhali arasında dayaqları tamamilə sıfır həddindədir və onlar öz mövcudluğunu göstərmək üçün virtual görüntü yaratmaqdan savayı çarə tapa bilmirlər. Virtual şəkildə isə mitinq keçirmək mümkün olmadığından, bu cür cəhdlər iflasa gətirib çıxarır.

Virtuallıq müxalifətin əsl mahiyyətini ört-basdır etmək üsuludur. Virtual olaraq özlərini nə qədər demokrat, insan haqları fədaisi göstərməyə çalışsalar da real həyatdakı qəddar, əzazil sifətləri gec-tez üzə çıxır. Virtual “demokratların” ailə üzvlərinə qarşı illərlə siyasi məqsədlərlə gizlədilən qəddarlığı bir neçə gündür bəzi dairələrdə geniş müzakirə və ikrah obyektinə çevrilib. Bu hadisə virtual müxalifətin iflasının və ifşasının daha bir sübutu olmaqla yanaşı həm də riyakar mahiyyətinin qabarıq göstəricisidir.

Azərbaycan xalqı reallığı düzgün qiymətləndirməyi bacarır. İnkişaf, sabitlik, təhlükəsizlik həyatımızın başlıca reallığı, fundamental dəyərləridir. Bu dəyərlərə qarşı çıxanlar, ölkədə sabitliyi pozmağa cəhd göstərənlər həmişə olduğu kimi yenə də xalqın ən ağır qınağına tuş gəlirlər. İnsanlar rahat həyatını, inkişafı, əmin-amanlığı kimlərinsə boş vədlərinə qurban vermək niyyətində deyil. Prezident İlham Əliyevə, onun siyasətinə inam və etimad kifayət qədər yüksəkdir. Bu inam illərin təcrübəsinə söykənir və onu zəiflətmək heç kimə müyəssər olmayacaq.

İnsanlar görür və inanır ki, bu günümüz nə qədər gözəldirsə, sabahımız daha gözəl olacaq".
OXŞAR MÖVZULAR