Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncə gəncləri "Sağlam Gəncə üçün bir gün" adlı ekoloji aksiya keçirib.



Newscenter.az.30.09.2019. Odlar Yurdu Gənclər İctimai Birliyinin könüllü gəncləri Gəncə şəhərinin Park Bulvar ərazisində ekoloji maarifləndirici aksiya keçirib.

Newscenter.az xəbər verir ki, ekoloji aksiyanın keçirilməsində məqsəd təbiəti çirkli tullantılardan təmizləmək, ekoloji maarifləndirmə işi aparmaq və bu fəlsəfəni təbliğ edərək gəncləri təbiəti qorumağa səsləmək olub. Ekoloji aksiya şəhər sakinlərinində böyük maraq doğurub.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə sonrasında gənclər ilk dəfə Gürcüstanın Marneuli şəhərində ekoloji aksiya həyata keçirb.

Gəncə gəncləri bu kimi ekoloji aksiyaların keçirilməsində gənclərin iştirakının vacib olduğunu və bu kimi fəaliyyətlərin davamlı olacağını bildirib.
Xəbəri paylaş