Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu il xüsusilə ağır cinayətlər üç dəfə azalıb



Newscenter.az.1.10.2019. "2003-cü illə müqayisədə 2018-ci ildə qeydə alınmış cinayətlərin ümumi sayı 43,2 faiz, müxtəlif səbəblərdən ölən hərbi qulluqçuların sayı 18 faiz, qəsdən adamöldürmə cinayətləri 60 faiz, hərbi xidmətdən yayınma cinayətləri 88,5 faiz, fərarilik cinayətləri isə 200 dəfədən artıq azalıb".

Newscenter.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəsmi mətbuatda dərc edilmiş məqaləsində yer alıb.

Hərbi prokuror bildirib ki, əksər cinayət növlərinin azalması tendensiyası bu il də davam edib: "2018-ci ilin birinci yarımili ilə müqayisədə 2019-cu ilin müvafiq dövründə qeydə alınmış xüsusilə ağır cinayətlər üç dəfə, qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma və maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 29,3 faiz, öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayətləri isə 7,7 faiz azalıb.
Xəbəri paylaş