Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ekspert: "Gecə reysində avtobusların 90 km/saat-la hərəkəti də kifayət qədər təhlükəlidir”



Newscenter.az.2.10.2019. Şəhərlərarası avtobuslarla gecə reyslərinin bərpası bütövlükdə zərurətdən irəli gəlir.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov çıxış edib. O, bildirib ki, ölkənin müxtəlif istiqamətlərinə, xüsusən də nisbətən böyük şəhərlərə və sərhəd keçid məntəqələrinə doğru gecələr də sərnişin axınları var:

“Həmin sərnişinləri mikroavtobuslar, habelə minivenlərlə və adi minik avtomobilləri ilə taksi xidməti göstərənlər daşıyırlar. Belə nəqliyyat vasitələrinin bəzilərinin texniki vəziyyəti və sürücülərinin təhlükəsizlik qaydalarına əməl etməsi isə ürəkaçan deyil. Ona görə də hərdən çox ağır – bir neçə adamın ölməsi ilə nəticələnən hadisələr də olur. Peşəkar sürücülərin idarə etdiyi müasir avtobuslar isə daha təhlükəsiz olar”.

Ekspert onu da qeyd edib ki, gecə reyslərinin təhlükəsizliyinə çox diqqətlə yanaşılmalıdır:

“Heyətdə olan hər iki sürücü ən peşəkarlardan seçilməli və yaxşı təlimatlandırılmalıdır. Nəzərə alınmalıdır ki, şəhərlərarası yollarımızda gecə işıqlandırmasının olmamsı, bəzən yük avtomobillərinin çox olması, yuxulayan sürücülərin ola bilməsi hərəkət şəraitini ciddi surətdə mürəkkəbləşdirir. Hər bir halda yollarda gecə vaxtı hərəkət daha risklidir. Gecə reysinə buraxılan avtobuslara xüsusi sürət rejimi də tətbiq edilməli, sürücülərin buna riayət etməsinə ciddi nəzarət (GPS-lə, taxoqrafla və s.) olmalıdır. Məsələn, Bakı-Gəncə marşrutu ilə avtobusun gecə vaxtı hətta 90 km/saat-la hərəkəti də kifayət qədər təhlükəlidir”

Xosrov
Xəbəri paylaş