Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaçmazın daha 3 kəndi qazlaşdırıldı



Newscenter.az.2.10.2019. Xaçmaz rayonunun Seyidlər, Digahoba və Aşağı Ləyər kəndlərinə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən Newscenter.az-a bildirilib ki, bu münasibətlə Seyidlər kəndində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional qaz istismarı İdarəsinin kollektivi, rayon ictimaiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər. Çıxışlarda qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan sosial siyasətin tərkib hissəsi olan qazlaşma işləri nəticəsində Xaçmazda da bir çox kəndlər mavi yanacaqla təmin edilib. 2019-cu il üçün qəbul olunan dövlət proqramı əsasında Azərbaycanın bölgələrində bu ilin sonunadək 13 qəsəbə, 23 kənd və 26 yeni yaşayış massivinə mavi yanacaq veriləcək.

Qeyd edək ki, Xaçmaz rayonunun Seyidlər kəndində 86, Digahoba kəndində 64, Aşağı Ləyər kəndində isə 99 abonent mavi yanacaqla təmin olunub. Evlərdə fərdi qaz tənzimləyicisi və məişət tipli qaz sayğacları quraşdırılıb. Ümumilikdə Seyidlər kəndində 7258.7 metr, Digahoba kəndində 7518.8 metr, Aşağı Ləyər kəndində isə 7677.5 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib.

Zaur
Xəbəri paylaş