Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Binəqədidə avtomobil qaz xəttini zədələyib



Newscenter.az.4.10.2019. Dünən gecə saatlarında “Azəriqaz” İstehsalat Birliyinin 104 Operativ Xidmətinə Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü Mədən “korpus 124” ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olub.

Newscenter.az-a İstehsalat Birliyindən daxil olan məlumatda bildirilib ki, hadisə yerinə baxış keçirən Birliyin əməkdaşları qəza nəticəsində qaz xəttinin qırıldığını və 2 qaz sayğacının yararsız hala düşdüyünü aşkarlayıblar. Qeyd edək ki, xəttin qırılması nəticəsində həmin ünvanda 40 abonentin qaz təchizatı dayandırılıb. Artıq səhər saatlarından kəmərin bərpası istiqamətində işlər aparılır.

Zaur
Xəbəri paylaş