Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu rayonlarda qaz təchizatı dayandırılacaq



Newscenter.az.4.10.2019. Oktyabrın 4-də səhər saat 10:00-dan SOCAR-ın "Qaz İxrac" İdarəsi yeni quraşdırılmış modul tipli stansiyanı mövcud şəbəkəyə birləşdirəcək və bu zaman Qaradağ rayonunun Qızıldaş, Korgöz və AZNS qəsəbələrində qaz təchizatı dayandırılacaq.

Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, həmin saatda digər bir yüksək təzyiqli qaz xətti mənbəyə qoşularkən isə Ucar rayonunun bir neçə yaşayış məntəqəsində qaz təminatında fasilə olacaq. Bundan başqa Bərdə rayonunda yerləşən “Bərdə Broyler” ASC-nin qazlaşdırılması işləri görülərkən saat 14:00-dan rayonun bir qrup abonentinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Zaur
Xəbəri paylaş