Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Soçi səfəri və biabırçı Avrasiya sammiti



Prezident İlham Əliyev dünya liderlərinin ilk sırasında yer alır, Ermənistan rəhbərliyi isə “ofsaytda” qalır

Newscenter.az.4.10.2019.
Prezident İlham Əliyevin Rusiya Federasiyasına səfəri və Soçidə Prezident Vladimir Putinlə görüşü, “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında məhsuldar iştirakı iki ölkə arasında siyasi-iqtisadi və humanitar əlaqələrin növbəti dəfə ən yüksək səviyyədə dinamikasını təsdiqlədi. Səfər həm də Rusiyanın Azərbaycanın ən yaxın strateji müttəfiqi olduğunu və tərəflərin region üçün örnəyə çevrilən siyasi obrazını nümayiş etdirdi. Eyni zamanda, Prezident İlham Əliyevin dünyanın ən mötəbər beyin mərkəzlərindən biri olan “Valday” Klubunda yer alması Onun güclü siyasi nüfuzunun göstəricisi kimi yadda qaldı.

Maraqlıdır ki, Azərbaycan Prezidentinin Soçi səfəri işğalçı Ermənistanda oktyabrın 1-də keçirilən Avrasiya İttifaqının sammitindən 2 gün sonraya təsadüf etdi və işğalçı ölkənin hay-küylə siyasi şouya şevirməyə çalığdığı həmin tədbiri gündəmdən tamamilə çıxardı. Nikol Paşınyanın günlərlə hazırlaşdığı və özünün hər gün aşağı düşən reytinqini bərpa etmək üçün fürsət gözlədiyi Avrasiya sammiti Ermənistan hökumətinin gözləntilərini alt-üst etdi və Paşınyanın fiaskosuna səbəb oldu.

Avrasiya İttifaqının sammitini “İrəvan sammiti” kimi təbliğ etməyə çalışan, bu tədbirin işgüzar mühitdə davam edəcəyinə və təşkilatın yaradıcısı olan Rusiya Federasiyasının Prezidenti ilə məzmunlu görüş keçirəcəyinə ümid bəsləyən Paşınyanın bu dəfə də arzuları gözündə qaldı. Tədbirin sonunda Ermənistanın baş nazirinin yalvarış xarakterli xahişlərindən sonra Paşınyanla bir neçə dəqiqəlik həddindən artıq soyuq və candərdi görüşən Vladimir Putin bu siyasi davranışı ilə onu siyasətçi kimi qəbul etmədiyini, qeyri-ciddi və avantürüst hərəkətlərinin gülünc doğurduğunu biruzə verdi. Rusiya Prezidenti Ermənistan rəhbərliyi ilə siyasi və iqtisadi əhəmiyyət daşıyan hansısa mövzuda danışıq da aparmadı. Ümumiyyətlə, Ermənistan hakimiyyəti ilə əməkdaşlıqa dair heç bir məsələ müzakirə olunmadı və bu münasibət Paşınyanın siyasi etiketdə təhqir olunması kimi qiymətləndirilə bilər. Bu, həm də Paşinyana öldürücü siyasi bir zərbə təsiri idi.
Soçi səfəri və biabırçı Avrasiya sammiti

Azərbaycan Prezidentinin “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən iclasında iştirakı və yüksək vəzifəli dövlət xadimləri ilə görüşləri isə bir daha Onun beynəlxalq səviyyədə qəbul olunan Siyasi lider olmasını təsdiqləyir. Cənab İlham Əliyevin ən mötəbər beynəlxalq tədbirlərə dəvət olunması və müzakirələrdə fəal iştirak etməsi qlobal məsələlərdə, sülh və təhlükəsizliklə bağlı disskusiyalarda Azərbaycanın mövqeyinin, rəyinin nəzərə alındığını göstərir. Siyasi mənzərə belədir, Azərbaycan Prezidenti dünya liderləri ilə açıq siyasi dialoqlarda, səmimi görüşlərdə ilk sıralarda yer alır, Ermənistanın zavallı və küçə təfəkkürlü rəhbərliyi isə hər zaman “ofsaytda” qalır.

Vaqif Abdullayev, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü
Xəbəri paylaş