Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda 19 yaşlı oğlan itkin düşüb



Newscenter.az.5.10.2019. Bakıda 19 yaşlı gənc itkin düşüb.

"Report"un xəbərinə görə, hadisə oktyabrın 2-də Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü Əliyev Təbriz Müştaba oğlu yaşadığı Yeni məhəllə, ev 11 ünvanından çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.
Xəbəri paylaş