Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli Əhmədov: "Qarabağ Azərbaycanındır, Azərbaycan xalqına mənsubdur"

Əli Əhmədov: "Qarabağ Azərbaycanındır, Azərbaycan xalqına mənsubdur"


Onun mənsubiyyəti Paşinyan kimlərin bəyanatı ilə dəyişdirilə bilməz və dəyişdirilməyəcək

Newscenter.az.5.10.2019.
"Ermənistanın baş naziri N.Paşinyanın təxribatçı və sərsəm bəyanatı Azərbaycanın Prezidenti İlham Əliyevin sərt və qəti bəyanatı ilə darmadağın edildi. Qarabağ Azərbaycandır".


Newscenter.az xəbər verir ki, bu fikirləri özünün facebook səhifəsində baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov səsləndirib. O, qeyd edib ki, tarixin təsdiq, beynəlxalq hüququn və birliyin qəbul etdiyi bu məntiqlə razılaşmamaq mümkün deyil:

"Qarabağ Azərbaycanındır, Azərbaycan xalqına mənsubdur. Onun mənsubiyyəti Paşinyan kimlərin bəyanatı ilə dəyişdirilə bilməz və dəyişdirilməyəcək. Buna Azərbaycan xalqı, onun ordusu və Ali Baş Komandanı İlham Əliyev imkan verməz".

Əli Əhmədov bildirib ki, avantürist bəyanatın qarşısına ədalətli və sərt bəyanat qoyuldu:

"İşğalçı siyasətin aqibəti də beləcə xalqımızın iradəsi və ordumuzun qüdrəti ilə sona çatacaq".

Xosrov
Xəbəri paylaş