Impera

XƏBƏR LENTİ
14:41YAP bəyanat yaydı-TƏCİLİ12:30Sabah hava necə olacaq?11:44“İnnovasiya həftəsi” çərçivəsində “Roboday” festivalı təşkil edilib10:26Əlahiddə Ümumqoşun Orduda Dövlət müstəqilliyi günü qeyd edilib09:40Atəşkəs rejimi 23 dəfə pozulub09:00“Yaşıl Planet” beynəlxalq məktəbin rəsmi açılış mərasimi keçiriləcək23:49RAİ prezidenti Fizuli Məmmədov Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova Novqorod vilayətində heykəl ucaldılması təşəbbüsü ilə çıxış edib-FOTOLAR22:39Kuba prezidenti Bakıya səfər edəcək22:17Üzərində “Press” yazılmış gödəkçələrdə olan bəzi jurnalistlər özlərini aksiya iştirakçısı kimi aparıblar20:03Gəncədə inək sağıcının gözünü çıxarıb18:40İnsanların rahatlığını kimsə pozmamalıdır və poza bilməz18:20Radikal müxalifətin ikinci oktyabr iflası18:10BŞBPİ: Qanunsuz aksiyada 60 nəfər saxlanılıb, onlardan 42-si xəbərdarlıq edilərək buraxılıb17:40Bakıda 14 marşrut xəttinin hərəkət istiqamətindəki dəyişiklik aradan qaldırılıb15:0014 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.14:07KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərdi14:00İstirahət günü yağış yağacaq13:34Mətbuat Şurasından jurnalistlər və hüquq-mühafizə orqanlarına çağırış13:11Bakıda Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək12:41"Bakı Metropoliteni"ndən mitinq açıqlaması-3 stansiyanın fəaliyyəti dayandırılır12:35Cari ilin 9 ayında Azərbaycandan 501,5 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları ixrac olunub12:15“Qatarlar “28 May” stansiyasında dayanmayacaq”- Polis qabaqlayıcı tədriblərə başlayıb11:50AQTA-da enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib11:15Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünləri qəbul edib10:59Həmyerlimiz Ukrayna Baş prokurorunun müavini təyin edildi10:45Yaşıl dəhliz buraxılış sistemindən istifadə hüququ əldə edən xarici ticarət iştirakçıları ilə görüş keçirilib10:30“AQRO SMM” layihəsinin bağlanış mərasimi keçirilib09:40Atəşkəs rejimi 22 dəfə pozulub09:20Sumqayıt Dövlət Universitetində BDU-nun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib09:00Gömrük xidmətlərinin ekspertləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər ediblər21:43“İ2B – İdeyadan Biznesə” layihəsinin 2019-cu il üzrə qalibləri müəyyən olundu20:57Arxangelskdə Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd olunub-FOTOLAR20:30Şahin Mustafayev Çinə səfər edəcək19:23"Azərsu" rəhbərliyi cənub zonasının sakinləri ilə görüşüb18:37Bakı polisinin idarə rəisi: "Qanunsuz mitinq keçirmək istəyənlərə qarşı ən sərt tədbirlər görüləcək" - VİDEO18:21Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub18:09ARDNF Milan şəhərindəki daşınmaz əmlakını satıb17:51Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyini mükafatlandırdı17:21Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 355 min manat ayrılıb17:02KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir16:50Energetika Nazirliyinin rəhbərliyi cəbhə zonasında vətəndaşları qəbul edib16:31Prezident İlham Əliyev Azərbaycan energetiklərini təltif edib - SİYAH16:25MSK bələdiyyə seçkilərinə start verib, seçki dekabrın 23-nə təyin edilib16:12Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü16:00Azərbaycanda dövlət-din münasibətləri müzakirə edilib15:49“Kaspersky” robotlara kortəbii inamın nəticələrini araşdırdı15:38Müəllim və valideynlər qəbul edilib15:15Silikon Vadisinin məşhur startap proqramı Azərbaycanda14:47Məktəblərdə Dövlət Müstəqilliyi Günü qeyd olunub14:35Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib14:25AAYDA rəhbərliyi vətəndaşları qəbul edib14:10MOİK-in idmançıları Hərbçilərin VII Dünya Oyunlarına yola düşüb13:49Sabah yağış yağacaq13:35Cari ilin 9 ayında 266 milyard kubmetr qaz hasil olunub13:17Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələrinin Assosiyasiyasının Baş Assambleyasında iştirak edi13:00SOCAR üçüncü rübdə neft hasilatını 2,8 faiz artırıb12:37“Coca-Cola Məktəbli Kuboku”-nun yeni mövsümü başlayır12:31Razılaşdırılmamış aksiyalar kimə xeyirdir? - ŞƏRH12:11Görkəmli şərqşünas alimin xatirəsi yad edilib11:50Cavid Qurbanov "Stadler Minsk" zavodunda olub11:38Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib11:01Gömrük Akademiyasında Dövlət Müstəqilliyi Günü qeyd edilib10:50İki yanacaqdoldurma məntəqəsi qaz təchizatı mənbəyinə qoşulacaq10:39GÇH rəhbərləri üçün seminarlar keçirilir10:19Azərbaycanın energetika sektorunda strateji inkişaf dövrü10:00Bu rayonlara qaz fasilə ilə veriləcək09:40Birinci vitse-prezident Azərbaycan xalqını təbrik edib09:30Atəşkəs rejimi 21 dəfə pozulub09:10Uşaqlarla keçirilən az vaxt onların əleyhinə işləyir08:44Litva ilə idman sahədə əməkdaşlıq məsələləri müzakirə edilib08:30Müdafiə naziri Çinə işgüzar səfər edəcək08:11Fizuli Məmmədov soydaşlarımızı 18 oktyabr-Müstəqillik Günü münasibətilə təbrik edib07:31Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür13:37Bu yolda rəngləmə işləri aparılacaq13:17Azərbaycan və Özbəkistan dəmir yolu rəhbərləri arasında görüş keçirilib12:42Xalq siyasi, iqtisadi, sosial islahatlarda ölkə başcisina dəstək olmalidi12:31Şagird idarəetmə sistemi yaradılıb12:09Şəmkirdə mənşəyi məlum olmayan ətin satışının qarşısı alınıb11:20Qaz xəttinin zədələnməsi abonentləri qazsız qoydu11:04Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq10:55"Sağlam məktəbli" layihəsi çərçivəsində bölgələrdə tədbirlər davam edir10:41Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb10:00Bu rayonların qaz təchizatında fasilə olacaq09:35Cəbhədə erməni silahları susmur09:00ABŞ-da "Tarzan"ı oynamış Hollivud ulduzunun oğlu polis tərəfindən güllələnib - FOTO22:51Prezidentdən ciddi tapşırıq: "Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır"22:33Niyə heç cürə kompromisə getmək istəmirsiniz?22:26Azərbaycan Prezidenti: "Vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir"22:04Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşüb21:54İlham Əliyev: "Bu gün iqtidarda olan bəziləri islahatlara qarşı çıxış edirlər"20:33Kənd Təsərrüfatı Nazirliyi yanında Barama İstehsalçıları Şurası yaradılıb19:14Dövlət Gömrük Komitəsinin sədri İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri ilə görüşüb18:13Minskdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası keçirilir17:15BMqT-nin Azərbaycan nümayəndəliyi üşaqlar üçün nəzərdə tutulan sığınacaqda təmir işləri başa çatdırıb17:00Azərbaycanda yeni dövlət qurumu yaradılır16:10Bu ilin 9 ayı üzrə Energetika Nazirliyində inzibati xətalarla bağlı 539 işə baxılıb15:49Bu günədək qəbul məntəqələrinə 183 min tondan artıq pambıq təhvil verilib15:10Dünyada 820 milyondan çox insan acdır14:54KOBİA istixana təsərrüfatının yaradılmasına dəstək göstərib14:28İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər
BÜTÜN XƏBƏRLƏR
Ekim 2019 (489)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)

«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Ən şərəfli peşə sahibi- müəllim!

05 Oktyabr 2019, 10:00   


Newscenter.az.5.10.2019. İnsanı öz halal zəhməti hesabına yaşadan və ucaldan hər bir peşə şərəflidir, hər bir peşə sahibi də hörmətə layiqdir. Lakin dünyada bir peşə var ki, o peşənin sahibləri hər bir cəmiyyətin, hər bir fərdin həyatında əlahiddə rol oynayır, insanların mənəvi və əqli inkişaf səviyyəsini müəyyən edir, yetkin bir vətəndaşa çevrilməsinə töhfə verirlər. Söhbət, əlbəttə ki, müəllimlərdən gedir!

YUNESKO-nun qərarı ilə 1994-cü ildən başlayaraq hər il oktyabr ayının 5-i Ümumdünya Müəllimlər Günü kimi qeyd olunur. Bu tarixin Azərbaycanda da Müəllimlər Günü kimi qeyd olunması haqda qərar Ümummilli lider Heydər Əliyev tərəfindən verilib. “Mən dünyada müəllimdən yüksək ad tanımıram” söyləyən Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimlərə, təhsil işçilərinə xüsusi ehtiramla yanaşıb, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasını diqqətdə saxlayıb, bu müqəddəs peşə sahiblərinin qayğısına qalıb, hər fürsət düşdükcə öz müəllimləri ilə görüşərək onlara səmimi minnətdarlığını ifadə edib. Ulu öndər qeyd edirdi ki, hər birimiz tutduğumuz mövqedən, hansı məslək və peşə sahibi olmağımızdan asılı olmayaraq, bütün nailiyyətlərimizə görə, ilk növbədə məktəbə və müəllimə borcluyuq.

Heydər Əliyevi yaxından tanıyanlar çox yaxşı bilirlər ki, Ulu öndər dövlət quruculuğu prosesində, xüsusən də gənc nəslin yetişdirilməsində müəllimlərimizə özünün əsl silahdaşları kimi baxırdı. Əslində, ölkəmizin və millətimizin ən böyük müəllimi də elə Heydər Əliyevin özü idi. Onun bioqrafiyasını araşdıran bir çox tanınmış müəlliflər bu böyük dövlət adamını həm də Ustad müəllim kimi xarakterizə edirlər. Bəli, bu gün tərəddüdsüz söyləmək olar ki, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmil siyasi və dövlət xadimi Heydər Əliyev, həm də ölkəmizdə dövlət qurmağın, onu qoruyub saxlamağın, hərbi-siyasi çevrilişlərin qarşısını almağın, milli-vətəndaş birliyi yaratmağın, xalqı vahid ideya- azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməyin yollarını göstərən əsl müəllim idi. Bu gün Azərbaycan iqtidarı istər dövlət idarəçiliyində, istər daxili siyasətdə, istərsə də diplomatiyada məhz Öz Müəlliminin- Heydər Əliyevin göstərdiyi, müəyyən etdiyi yolla gedir.

Ümummilli liderin siyasi irsinin davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövründə ölkəmizdə müəllimlərimizə, bütövlükdə təhsilə və təhsil işçilərinə eyni həssaslıqla xüsusi diqqət və qayğı göstərilir. Bəzi faktları qeyd etmək istəyirəm: İlham Əliyevin hakimiyyəti dövründə ölkəmizdə 3200-dən çox məktəb tikilib, yaxud əsaslı təmir edilib. Ali məktəblərin binaları təmir edilib və yenidən qurulub, texniki təminatı ən yüksək səviyyəyə qaldırılıb, filialları ilə birgə sayları və coğrafiyası iki dəfəyə qədər genişləndirilib. Hər yeni dərs ilinin başlanğıcı Azərbaycanda onlarla yeni məktəblərin, eləcə də bu və ya digər ali məktəbin, yeni fakültələrin, yeni tədris korpuslarının açılışı ilə yadda qalır. Təhsil müəssislərinin texniki təchizatına, dərsliklərlə təmin edilməsinə hökumət tərəfindən xüsusi nəzarət olunur. Milli kardrların hazırlanması məqsədilə son on beş ildə minlərlə Azərbaycan gənci dövlət hesabına xarici ölkələrdə təhsil alıb və almaqda davam edir. Bu istiqamətdə pedaqoji kadrların hazırlanması işi də ildən-ilə təkmilləşdirilir, zəruri sahələrdə mütəxəssislərin hazırlanması, təcrübə mübadiləsi, ixtisas artırması və s. istiqamətində xarici təhsil müəssisələri ilə geniş əməkdaşlıq edilir.

Azərbaycanda müəllimlərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə Prezident tərəfindən davamlı olaraq xüsusi addımlar atılır. Ölkə başçısının müvafiq sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb və beləliklə, orta aylıq əməkhaqqı 600 manata çatıb. Bu dəyişiklikdən sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı, ölkə üzrə təxminən 5000 nəfəri ötübdür. Bundan başqa, ötən tədris ilində ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi işi uğurla başa çatdırılıb, ümumilikdə 150 mindən çox müəllimin həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artırılıb. Beləliklə, Cənab Prezidentin qeyd etdiyi kimi, dövlətin imkanları, büdcənin gəlirləri artdıqca təhsil işçilərinin də maaşları artırılır və bu addımlar gələcəkdə də davam etdiriləcək, digər vətəndaşlarımız kimi, müəllimlərin də maddi rifahının yüksəldilməsi üçün lazımi qərarlar qəbul ediləcək.

Bir faktı xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Birinci vitse- prezidenti, Heydər Əliyev Fondun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizdə müasir standartlara cavab verən təhsil komplekslərinin yaradılması və məktəblərdə tədrisin səviyyəsinin yüksəldilməsi işinə xüsusi diqqət yetirir. Onun təşəbbüsü ilə 2005-2012-ci illər ərzində həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunmuş və ya yenidən qurulmuşdur. Fondun təhsil proqramlarında aztəminatlı ailələrdən olan şagirdlər də unudulmur və hər tədris ilinin əvvəlində aztəminatlı ailələrin birinci sinfə gedən uşaqlarına bütün məktəb ləvazimatları hədiyyə edilir.

Əziz müəllimlər, sonda diqqətinizi Ümummilli Liderin belə bir tarixi fikrinə yönəltmək istəyirəm. Ulu öndər söyləyirdi ki, müəllimlərimizin əsas vəzifəsi əlbəttə ki, ilk növbədə gənc nəslə- məktəblərə qədəm qoyan şagirdlərə, ali məktəblərə qəbul olunan gənclərə yaxşı təhsil verməkdən ibarətdir. Amma gərək unutmasınlar ki, hər bir azərbaycanlı gənc yaxşı təhsil almaqla yanaşı, həm də gərək dəyərli vətəndaş kimi formalaşsın, öz dövlətinə, millətinə və xalqının adət-ənənələrinə sadiq vətəndaş kimi yetişsin!

Beləliklə, gələcəyimiz sizlərə əmanətdir, əziz müəllimlər! Peşə bayramınız mübarək olsun!

Əli Həsənov, Azərbaycan Respublikasının Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi
OXŞAR MÖVZULAR