Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Azərbaycanlıları İttifaqı Müəllimlər Gününü qeyd etdi



Newscenter.az.5.10.2019. Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) Magadan vilayəti təşkilatının təşəbbüsü ilə Müəllimlər Günü qeyd olunub.

Newscenter.az-a RAİ-nin mətbuat xidmətindən bildirilib ki, tədbir 1 nömrəli Maqadan Liseyində baş tutub. Tədbir həmçinin 18 oktyabr, Azərbaycan Respublikasının Müstəqillik Gününü də özündə ehtiva edib. Belə ki, Müstəqillik Günü ilə bağlı keçirilən müsabiqədə təhsil ocağının 9-11 sinif şagirdləri və məktəbin müəllimləri iştirak edib.

İştirakçılara Azərbaycanın tarixi, onun keçdiyi uğurlu yol barədə məlumatlandırılıb, Həmçinin onlara ölkəmiz barədə müxtəlif suallar verilib. Məktəblilər məşhur azərbaycanlılar olan Müslüm Maqomaev, Üzeyir, Hacıbəyov, Xan-Naxçıvan, Fərman Salmanov kimi böyük mütəfəkkiir və mədəniyyət xadimləri, tanınmış insanların adlarını çəkiblər. Liseyin direktoru İrina Nikolaeva belə aksiyanı təşkil etdiyinə görə təhsil ocağının müəllimi H.İskəndərliyə minnətdarlığını bildirib.

Tədbirin sonunda qaliblərə hədiyyə və diplomlar təqdim edilib. Eyni zamanda iştirakçılar üçün bayram süfrəsi açılıb.

Xosrov
Xəbəri paylaş