Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müxalifət tragikomik səhnələri ilə özünü gülünc vəziyyətə qoymaqdadır



Vaqif Abdullayev: "Onların bu cür aksiyalarına özlərindən başqa heç kim gəlmir"

Newscenter.az.7.10.2019.
Xaricdəki antiazərbaycan dairələrdən aldıqları qrantlarla yemlənən və onların antimilli ideyalarının köləsinə çevrilən radikal müxalifət oktyabrın 8-də piket keçirmək eşqinə düşüb. Məramı və məqsadi yalnız ölkədə qarışıqlıq salmaq, xaos yaratmaq, xarici təxribatçı kəşfiyyatın diktəsi ilə Azərbaycanın möhkəm sabitliyini pozmaqdan ibarət olan bu qüvvələr anlamırlar ki, piket və yaxud digər aksiya dövrü artıq arxada qalıb.

Newscenter.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Vaqif Abdullayev səsləndirib. O, qeyd edib ki, onların bu cür aksiyalarına özlərindən başqa heç kim gəlmir:
Müxalifət tragikomik səhnələri ilə özünü gülünc vəziyyətə qoymaqdadır

"Azərbaycan xalqı və cəmiyyəti küçələrdə hay-küy, vay-şivən qoparan bu radikallara inanmır, onlar çoxdan siyasi səhnəni tərk edibdir. Müxalifət bu cür tragikomik səhnələri ilə əksinə özünü gülünc vəziyyətə qoymaqdadır. Azərbaycan bu gün öz inkişafı ilə bütün dünyada möhkəm sabitlik ölkəsidir, beynəlxalq miqyasda əhatəli islahatlar həyata keçirməklə davamlı inkişafını nümayiş etdirir. Aparılan islahatlar nəticəsində sosial rifahı və yaşayışı yaxşılaşan xalq iqtidarı dəstəkləyir. Bir neçə gün əvvəl Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən açıqlanmış rəy sorğusunun nəticələri də bir daha təsdiqləyir ki, Azərbaycan xalqı Preizdent İlham Əliyevin yürütdüyü siyasəti dətəkləyir. Xalq iqtidara dərin etimad göstərir. Rəy sorğularında respondentlərin verdiyi cavablar Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir. Sözsüz ki, bu etimadın əsasında dövlət başçısının xalqın milli maraqlarına cavab verən siyasi kursu uğurla həyata keçirməsi dayanır".

Vaqif Abdullayevin sözlərinə görə, bütün bunlar isə onu göstərir ki, Azərbaycanda əhalinin, ayrı-ayrı təbəqələrin narahatlığına və narazılığına, kütləvi aksiyalara səbəb ola biləcək hal yoxdur:

"Sosial dayaqlarını itirmiş radikal müxalifət başçıları və onların azsaylı tərəfdarları Azərbaycanda sabitliyin pozulmasına çalışır, buna yönəlik müxtəlif cəhdlər edirlər. Belə cəhdlərdən biri kimi radikal müxalifət yenidən özünün köhnə, lakin heç bir effekt verməyən mitinq taktikasını işə salmağa çalışır. Bu da növbəti dəfə göstərir ki, müxalifətin radikal qanadının əməllərində, təfəkküründə hələ də dəyişiklik baş verməyib. Onlar hələ də ötən əsrin 90-cı illərinin əvvəllərindəki kimi düşünürlər. Təbii ki, Azərbaycanın hüquq-mühafizə orqanları, ölkəmizdə xaos yaratmaq istəyən bu qüvvələrin qarşısını almalı, ölkəmizin milli maraqlarını satanları, xaricdəki ağaları ilə işbirliyi quranları cəzalandırmalıdırlar".

Xosrov
Xəbəri paylaş