Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib



Newscenter.az.7.10.2019. İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Ordu İdeoloji Mərkəzində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Laməkan şairimiz” adlı ədəbi-bədii tədbir keçirilib. Newscenter.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutub.

Tədbirin girişi İSBAM tərəfindən hazırlanmış qısa metrajlı sənədli filmin nümayişi ilə başlanıb və folklorşunas, dosent İlhamə Qəsəbovanın giriş nitqi və aparıcılığı ilə davam edib. Tədbirdə Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı çıxış edərək, İmadəddin Nəsiminin Azərbaycan və dünya ədəbiyyatında rolu haqqında danışıb. Sonra xalq artisti Flora Kərimova çıxış edərək, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və “Ənəlhəqq” kompazisiyasını ifa edib.

Müdafiə Nazirliyinin Ordu İdeoloji Mərkəzinin rəhbəri, mayor İlkin Qayıbov çıxış edərək tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.
İTədbirin sonunda İSBAM sədri Samir Adıgözəlli çıxış edərək, ədəbi-bədii proqramın hazırlanmasında əməyi keçən hər kəsə və keçirilən layihəyə verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirib. Daha sonra İSBAM sədri layihənin hazırlanmasında dəstək göstərən bir qrup şəxsi təşəkkürnamə ilə təltif edib.

Xosrov
Xəbəri paylaş