Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Bakı Metropoliteni" sürücü maşinistləri işə qəbul edir



Newscenter.az.8.10.2019. “Bakı Metropoliteni” QSC maşinist peşəsi üzrə namizədlərin seçimini həyata keçirir. Qurumun mətbuat xidmətindən Newscenter.az-a bildirilib ki, ərizələr noyabrın 8-nə qədər qəbul edilir. Namizədlər 24-30 yaş arasında, ali və orta texniki təhsilli, ilk peşə ixtisaslı olmalıdır. Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) tələbi olunur.

Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə həyata keçiriləcək. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək.
İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.

İddiaçılar səhmdar cəmiyyətinin internet səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir.

Anar
Xəbəri paylaş