Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu, baş nazirlik sisteminin siyasi-iqtisadi güclənməsinə hesablanıb



Newscenter.az.8.10.2019. "Novruz Məmmədovun istefaya göndərilməsi, onun yerinə Əli Əsədovun gətirilməsi baş nazirlik sisteminin siyasi-iqtisadi güclənməsinə hesablanıb".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən AXCP-nin sədr müavini Məhəmməd Əsədullazadə deyib ki, Əli Əsədov daha optimal və siyasi çevikliyi ilə baş nazirlik institutunu gücləndirəcək:

"Novruz Məmmədovdan fərqli olaraq Əli Əsədov baş nazirlik aparatını gücləndirərək onu iqtisadi xarakterlilikdən güclü siyasi sistemə çevirilməsinə imkan yaradacaq. Görünür, müəyyən problemlər artıq baş nazirliyin güclənməsini şərtləndirib. Bu qərar ən üst səviyyədə olmaqla, iqtidarın möhkəmlənməsinə hesablanıb".

Partiya rəsmisi qeyd edib ki, Baş nazirlik Azərbaycanda yalnız iqtisadi sahəni kurasiya edib:

"Baş nazir olanlar əsasən siyasi oyunlardan kənarda və heç bir siyasi qruplaşmalarda olmayıblar. Sakit və təmkinli şəkildə siyasi proseslərdən kənarda durublar. Hazırda isə, şərtlər dəyişir, gözlənilirdi ki, vitse-prezidentlik daha da güclənəcək və baş nazirlik ləğv ediləcək. Amma, yeni şərtlər artıq baş nazirliyin güclənməsini diqtə edir və yeni baş nazirin çevik komanda qurmasını və siyasi iradəli olaraq dayanıqlı şəxsə verilməsini labüd etdi. Artıq, iqtidarda müəyyən qrup öz gücünü toparlamaqla növbəti parlament seçkilərində öz mövqeyini daha da gücləndirməyi planlayır".

Xosrov
Xəbəri paylaş