Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtomobillərin gizli saxlanc yerlərindən siqaretlər aşkarlanıb



Newscenter.az.9.10.2019. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 7200 ədəd siqaretlərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Newscenter.az-a DGK-dan bildirilib ki, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Mercedes-Benz 280" və "Opel Vectra" markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 4200 ədəd "King" və 3000 ədəd "Marlboro" markalı siqaretlər aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Zaur
Xəbəri paylaş