Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beyləqanda gənc qız döyülərək qətlə yetirilib



Newscenter.az.9.10.2019. Beyləqan rayonunda 18 yaşlı qız küçədə huşsuz vəziyyətdə tapılıb.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, gənc qız rayonun Kəbirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkarlanıb.

Gənc qızın kənd sakini olmadığı və naməlum şəxslər tərəfindən döyülərək əraziyə atıldığı bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb edilib. Gənc qız ağır vəziyyətdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qətlə yetirilən rayonun Yuxarı Aran kənd sakini Aygün Quliyevadır.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş