Impera

XƏBƏR LENTİ
22:00Türkiyə bəzi dırnaqarası "müsəlman" ölkələrinin və Qərb dövlətlərinin iddia etdiyi kimi heç də işğalçılıq məqsədləri güdmür21:30Məktəblilər qida təhlükəsizliyi barədə maarifləndirilir21:00Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası Bakıda keçirilir20:15Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Goranboy rayon İcra Hakimiyyətində görüş keçirdilər19:40“Kaspersky Lab” şirkəti Azərbaycanla bağlı geniş təqdimat keçirəcək19:12Bu ilin 9 ayı ərzində ümumilikdə 182 471 sayğac yenisi ilə əvəzlənib18:35Valdaydan sonra, sərt Aşqabad silləsi18:02Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün Azərbaycana gəlib17:55Səhmdar Cəmiyyət rəhbərliyi vətəndaşları qəbul edəcək17:44Azərbaycan Ordusunda “NATO günləri”nə start verilib.17:21Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib16:40DGK:"Şimal Servis" MMC-nin idxal etdiyi mallara görə həyata keçirilən gömrük əməliyyatlarında qanun pozuntusuna yol verilməyib16:31Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib16:25“Türk Hava Yolları” cari ilin ilk 9 ayı ərzində 56.4 milyon sərnişinə xidmət göstərib16:06Rusiya Azərbaycanlıları İttifaqı: "Zatulinin fikirləri əslində dəhşətli saxtalaşdırma faktının təzahürüdü"16:00Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşüb15:53Respublikada tütün və şəkər çuğuduru yığımı davam edir15:46Ərdoğan Azərbaycana gəlib15:34Daha 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək15:25Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub15:06Azərbaycanda “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək14:36“ASAN xidmət”də Yaponiyanın mədəniyyət günləri14:17Özbəkistan prezidenti Azərbaycana səfərə gəlib13:19Sabah hava necə olacaq?13:00Gömrükçülər külli miqdarda siqaretin ölkəyə keçirilmıəsinin qarşısını alıb12:44Bu ərazilərdə rəngləmə işləri aparılacaq12:35Paytaxt məktəblisi şahmat üzrə dünya çempionu olub12:20AQTA-nın nümayəndə heyəti Monteneqro, Bosniya və Herseqovinada işgüzar səfərdə olub12:00Təhsil müəssisələrində öyrədici seminarlar keçirilir11:55Diplomatik korpusun rəhbərləri yarmarkasına gedəcək11:43Azərbaycan komandası Qətər 2019 MOKA Dünya Çimərlik Oyunlarında 2 medal qazanıb11:30Türk Şurasına sədrlik Azərbaycana keçib11:13Bu ərazilərə qaz fasilə ilə veriləcək10:41Tramp Türkiyəyə tətbiq edəcəyi sanksiyaları niyə gecikdirir?10:00Birinci vitse-prezident akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib09:43Azərbaycan-İran sərhədində insident baş verib, 1 sərhədçi bıçaqlanıb09:29Atəşkəs rejimi 22 dəfə pozulub08:21Tramp Nobel mükafatı ala bilərmi?08:00Akademik Vasim Məmmədəliyev vəfat edib22:29Ruslan Vəliyev: "Azərbaycan Dövlət Aqrar Universiteti sürətlə inkişaf edir"22:12Türkiyə Ordusu Resulayn şəhərini terrorçulardan təmizləyib21:52Neft Daşlarında dalğanın hündürlüyü 4,8 metrə çatıb21:00Ağstafada mikroavtobus aşıb, xəsarət alanlar var20:27Ermənilər arxayındırlar ki, Azərbaycan tərəfi bəyanat verməkdən o tərəfə başqa heç bir real addım atmayacaq18:36Qazıntı işləri 4 kəndi qazsız qoydu17:09“Şəhərdən Kəndə” layihəsi çərçivəsində diplomatik korpus nümayəndələri üçün “Nar vadisi” aqroturu təşkil olunub-FOTOLAR16:43Yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçirilir16:30Azərbaycan Prezidentinin mətbuat katibi İlham Əliyev və Nikol Paşinyan arasında təmas barədə informasiyanı şərh edib16:07Prezident bu icra başçısı ilə bağlı sərəncam verdi15:34Paytaxt məktəbliləri Beynəlxalq Təhsil Sərgisində15:00İsmayıllı rayonunun daha 4 kəndi qazlaşdırıldı14:41İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb-VİDEO14:16Bakıda Türk Şurası Gənclər Platformasının Baş Assambleyası keçiriləcək13:273 marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir13:00Azərbaycan və Avstriya dəmir yolları arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub12:47Zakir Həsənov: "Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyur”12:22Sabah hava necə olacaq?12:10Qubada ənənəvi “Alma bayramı” başlayıb11:00AmCham “Biznes mühitinin yaxşılaşdırılmasında rəqəmsal yanaşma” mövzusunda tədbir keçirdi10:24Masallıda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı zona müşavirəsi keçirilib09:40Atəşkəs rejimi 22 dəfə pozulub22:44“Odlar Yurdu” Gənclər İctimai Birliyi ilə Gəncə Tibb Kolleci arasında əməkdaşlıq memorandumu imzalanıb22:10Rusiya Azərbaycanlıları İttifaqı Mahaçqalada Müstəqillik Gününü qeyd edəcək21:07İlham Əliyevin növbəti effektiv demarşı20:56Azərbaycan Prezidenti: "MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur"19:11Türkiyənin həyata keçirdiyi əməliyyat mövcud problemin ən rasional həlli variantıdır18:30Azərbaycan və Türkiyə arasında gömrük xidmətləri sadələşdirilir17:00Gömrük Məsələləri üzrə Birgə Komitənin 3-cü İclası keçirilib16:18BŞTİ müdiri vətəndaşları qəbul edib15:49Saxta alkoqollu içkilər hazırlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib15:19DTX partlayıcı qurğu "mütəxəssisi" və digər terrorçuları saxlayıb - VİDEO15:10233 binaya təbii qazın verilişi təmin olunub14:52Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının geniş tərkibli iclasında iştirak edib14:45“Türk Hava Yolları” Bakıdan 19 istiqamətdə uçuşa endirim edir14:22Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb13:52Orduda silahlara nəzarət inspeksiyası keçirilib13:47“Sağlam məktəbli” layihəsi çərçivəsində Xırdalan və Şəki məktəbliləri ilə görüş keçirilib13:30Sabah da hava küləkli olacaq13:15Ucarda Çin texnologiyası əsasında becərilmiş pambıq sahəsində texnika ilə yığıma start verilib12:51“Kaspersky Lab” enerji sektorunun ən çox hansı təhlükələrə məruz qaldığını araşdırdı12:34Prezidentin təyyarəsi radardan itib12:11“Azərsu” rəhbərliyi vətəndaşlarla görüşəcək11:54Paytaxtın bu küçəsində hərəkət məhdudlaşdırılır11:25KOBİA-nın dəstəyi ilə mikro və kiçik sahibkarlar Təhsil və Karyera Sərgisində iştirak edir11:06Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclası keçirilir10:43Emmanuel Makron Prezident İlham Əliyevdən dəstək istəyib10:33Daha iki məktəbli qızıl medal qazanıb10:202 rayona qaz fasilə ilə veriləcək10:04Azərbaycanda sentyabr ayı üzrə gündəlik neft hasilatı 755 min barrel olub09:50Qusarda 14 yaşayış məntəqəsinin əhatə edən yol yenidən qurulur09:35Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutulub23:05Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri “Azərsu” ASC-də texnikalara baxış keçirib22:46Sabah Bakının bu ərazilərində qaz olmayacaq22:26Mübariz Qurbanlı: "Ermənilərin Yuxarı Gövhərağa məscidindəki “təmir işləri” tarixi saxtalaşdırmaq məqsədi daşıyır"20:40Türkiyə ordusu Suriyada 1 qəsəbəni və 8 kəndi terrorçulardan təmizləyib20:37Ağsuda “Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə edilib20:20Özəl tibb müəssisələrində qeyri-rəsmi əmək haqları geniş tətbiq olunur-PROBLEM20:00Türkiyəyə terror hücumu nəticəsində 6 nəfər həlak olub, 70 nəfər yaralanıb19:42Tarix, səhvlərdən düzgün nəticə çıxaranları mükafatlandırır19:23Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
BÜTÜN XƏBƏRLƏR
Ekim 2019 (342)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)

«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Əli Həsənov: “50 nəfərlik piketi idarə edə bilməyənlər xalqın və dövlətin məsuliyyətini necə daşıya bilərlər?”

09 Oktyabr 2019, 10:54   


Newscenter.az.9.10.2019. “Azərbaycan Respublikasında vətəndaşların sərbəst toplaşmaq azadlığı Konstitusiyanın 49-cu maddəsi ilə və digər qanunvericilik aktları ilə tənzimlənir. Konstitusiyamıza görə, hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı, müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov radikal siyasi düşərgənin oktyabrın 8-də paytaxtda təşkil etdiyi piketə münasibət bildirərkən qeyd edib. Prezidentin kömıəkçisi özünün facebook profilində qeyd edib ki, Azərbaycan hakimiyyətinin sərbəst toplaşmaq azadlığına baxışı “cəmiyyətin iradəsi təkcə dövlət qurumlarından xalqa doğru deyil, daha çox xalqdan dövlət qurumlarına sirayət etməlidir” fəlsəfəsinə əsaslanır:

“Bu mənada, hakimiyyət heç zaman vətəndaşların sərbəst toplaşmasına, öz fikir və rəylərini açıq ifadə etməsinə mane olmayıb, istər paytaxt Bakıda, istərsə də bölgələrimizdə insanların bir araya gələrək kollektiv düşüncələrini ifadə etməsinə daim şərait yaradıb. Lakin o da nəzərə alınmalıdır ki, heç bir ölkədə ayrı-ayrı qurumların vətəndaşların toplantı və nümayiş hüququndan bəhrələnərək istədiyi zaman və istədiyi məkanda aksiya keçirməsi təcrübəsi mövcud deyil. Çünki bütün dünya ölkələrində hakimiyyət orqanları insanların etiraz hüququna şərait yaratmaqla yanaşı, həm də qanunların tələblərinə əməl olunmasına, aksiyaların təhlükəsizlik və ictimai asayişin təmin edilməsinə, vətəndaşların dinc yaşayış və istirahət hüququna, nəqliyyatın ahəngdar fəaliyyətinə maneçilik törətməməsinə və digər məsələlərin həllinə görə də məsuliyyət daşıyırlar. Buna görə Azərbaycanda da, digər ölkələrdə olduğu kimi, təşkilatların siyasi fəaliyyət azadlığına, insanların sərbəst toplaşmaq hüququna xüsusi önəm verilməsinə baxmayaraq, beynəlxalq standartlara uyğun olaraq, aksiyaların təşkil edilməsi proseduru ilə bağlı müəyyən şərtlər, qadağalar, qanunların pozulduğu təqdirdə isə hüquqi sanksiyalar mövcuddur”.

Əli Həsənov vurğulayıb ki, bütün bunlar sadə reallıqdır, siyasətlə məşğul olan hər kəsin bildiyi və bilməli olduğu gerçəklikdir:

“Ancaq çox təəssüflər olsun ki, 25 ildən artıqdır ki, Azərbaycanın bir çox radikal müxalifət dairələri, onların sırasında Əli Kərimlinin rəhbərlik etdiyi AXCP bu sadə həqiqəti dərk etmək istəmir, təşkil etdikləri etiraz tədbirlərini cəmiyyətin ümumi maraqlarını, rifahını ifadə edən vətəndaş aksiyası kimi deyil, iğtişaşlar və hərc-mərclik vasitəsi kimi istifadə etməyə çalışırlar. Müstəqillik dövründə biz dəfələrlə şahid olmuşuq ki, 1990-cı illərdə həmin insanların iştirakı ilə formalaşmış stereotiplər, öz məqsədinə çatmaq üçün istənilən vasitəni məqbul hesab etmək mərəzi, geniş xalq kütləsinin istəyinə və mövqeyinə hörmətsizlik, dövlət əmlakına ziyan vurmağa çalışmaq və s. xüsusiyyətlər radikal və dağıdıcı müxalifətə rəhbərlik edən belə şəxslərin psixologiyasının mühüm bir elementinə çevrilib və artıq özünü qeyri-şüuri formada büruzə verir. Ən acınacaqlısı isə budur ki, ötən dövr ərzində ölkəmizdə yüksələn ictimai şüur da bu radikalların dağıdıcı instinktlərini sağalda, dəyişə və çağdaşlaşdıra bilməyib. Bəli, bu gün dünya da, Azərbaycan da sürətlə dəyişir. Müxtəlif ölkələrdə müxalif qüvvələr siyasi marketinq və innovativ texnologiyalar vasitəsilə öz tərəfdarlarının sayını, elektoral dəstəyini artırır, özlərinin ənənəvi müxalifət bazasından kənardakı sosial seqmentlərə xitab edərək hərəkətə gətirir və bununla təşkilatlarının rəqabət qabiliyyətini gücləndirirlər. Lakin bizim haqqında söhbət gedən müxalifət dairələri dünyada və onun bir parçası olan Azərbaycanda dəyişən reallıqlara qətiyyən adekvat reaksiya göstərə bilmir, öz konstruktiv fəaliyyətləri ilə siyasi palitranı zənginləşdirib, keyfiyyət və məziyyətlərini yeniləməkdə acizdirlər. Təbii ki, xalq da onların hərəkətlərini görür, təhlil edir, müqayisə aparır və bir daha qəti qənaətə gəlir ki, onun maraq və mənafelərinin ən ideal təmsilçisi, sosial təkamül prosesindəki bayraqdarı bu siyasi düşərgələrdə fəaliyyət göstərən şəxslər deyil, məhz Prezident İlham Əliyev və onun iqtidarıdır. Məhz elə bu səbəbdən də müdrik xalqımız radikal müxalif düşərgəsinin nə zamansa dəyişəcəyinə, müasir dövrün tələblərinə uyğun yenidən təşkilatlanacağına inanmır, ayrı-ayrı siyasi qrupların özünü “lider” adlandırmaqdan zövq alan personalarının sosial şəbəkələrdəki “bloqqer inqilabları”na biganə yanaşır və onlara hakimiyyət mandatı verməyi ağlına belə gətirmir. Budur, AXCP-yə sədr olduğu 20 ilə yaxın bir müddətdə, hətta ona etimad göstərmiş partiya funksionerlərini və fəallarını öz ideoloji-siyasi məhvərində saxlaya bilməmiş, didişmə, parçalanma və tənəzzüldən başqa partiyaya heç nə “bəxş etməmiş” Əli Kərimlinin “siyasətçi qabiliyəti”. Elə bu “qabiliyət”in nəticəsidir ki, Bakı şəhər İcra Hakimiyyətinin paytaxtın Lökbatan massivində ayırdığı meydana aparmağa tərəfdar tapmır, patoloji həddə çatmış “tükənmişlik sindromu”nu ört-basdır etmək üçün təyin etdiyi 50 nəfərlik piketi belə doğru-düzgün təşkil edib keçirə bilmir”.

Prezidentin köməkçisi daha sonra bunları qeyd edib:

“Piketin təyin oldunduğu ərazinin ətrafında lokal qrupların qarşıdurma yaratmaq cəhdləri, ətrafdan keçən insanlara, polisin qanuni tələblərinə hörmətsizlik, fərqli fikirdə olan insanlara qarşı dözümsüzlük və piketdən sonra nümayiş etdirdikləri yolverilməz hərəkətlər, etik normalardan uzaq şüarçılıq və s. kimi hərəkətləri görən hər bir vətəndaşda təbii sual yaranır: öz partiyasını və maksimum 50 nəfərin iştirak etməli olduğu bir piketi idarə edə bilməyən “liderlər” xalqın və dövlətin məsuliyyətini necə daşıya bilər? Xalqımız onu da yaxşı bilir ki, bunlar xarici anti-Azərbaycan mərkəzlərindən aldığı maliyyənin şirəsi ilə Azərbaycan hakimiyyətinə “diş qıcayırlar”. Ancaq həqiqət budur ki, “qıcanan bu dişlər” kəskin kariyesə məruz qalıb, onların stomatoloji müayinə və müalicəsinə böyük ehtiyac var. Belə təşəbbüsü, təbii ki, yeni nəsil irəli sürməlidir və yəqin ki, sürəcəkdir. Hakimiyyəti və müxalifəti bütün zamanlarda və bütün ölkələrdə xalq formalaşdırır. Odur ki, siyasi sistemin önəmli bir parçası olan müxalifətin Azərbaycanda da yenidən formalaşmasına, günün tələblərinə uyğun olaraq yenilənməsinə, xalqın istək və arzusuna uyğun instituta çevrilməsinə böyük ehtiyac hiss olunur. Ölkəmizi və xalqımızı təmsil edən hər bir siyasi partiyanın gələcək milli müqəddəratımızı həll edə biləcək effektiv təsisata, ümummilli məsələlərin həlli ilə bağlı rasional təkliflər verə biləcək düşüncə mərkəzinə və təkmil idarəçilik institutuna çevrilməsi, müxalif düşərgənin başdan-başa yenilənməsi, müasir, vətənpərvər, bacarıqlı gənclərin önə çıxması ictimai həyatımızın ən vacib məsələlərindən biri olaraq qalır”.
OXŞAR MÖVZULAR