Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Olimpiya Hərəkatı Azərbaycan yeni mövsümə başlayıb



Newscenter.az.9.10.2019. Olimpiya Hərəkatı Azərbaycan layihəsinin yeni mövsümünü həyata keçirmək üçün işçi qrupunun iclası keçirilb.

Newscenter.az-a daxil olan məlumata görə, Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi,Velosiped, Həndbol və Badmonton İdman Federasiyalarının birgə əməkdaşlığı ilə icra olunacaq iclasda adı çəkilən qurumların nümayəndələri iştirak edib.
MOK-un inzibati binasında baş tutmuş tədbirdə ilkin olaraq “Olympic Moves” proqramının ötənilki nailiyyətlərinə həsr olunmuş video-çarx nümayiş etdirilib. İclasda məktəblilərin bacarıqlarına uyğun idman növləri üzrə yaş qruplarına bölünməsi, lazımi ləvazimat və avadanlıqların təşkili, hakimlərin yarış üzrə bölgüsü müzakirə olunub.

Məktəblilərin “Olympic Moves” idman proqramının əsası 2003-cü ildə “Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. Proqram uşaqların daim hərəkətli olmasını təbliğ edir ki, bu da “Coca-Cola”nın daha sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. “Olympic Moves” proqramı məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edir və Azərbaycanda idmanın inkişafına töhfə verir. “Olympic Moves” “Bakı 2015” Avropa Oyunlarının idman irsini davam etdirməklə Olimpiya idman komplekslərindən, o cümlədən idman bazalarından səmərəli istifadə üçün fəaliyyətin təşkili məqsədini daşıyır.

Bu il “Olympic Move” layihəsi badmintonç həndbol və velosiped idman növləri üzrə Bakı məktəblərini əhatə edərək 2019-cu ilin sonuna qədər keçirilməsi nəzərdə tutulur.

Ehtiram
Xəbəri paylaş