Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazir Pərviz Şahbazov vətəndaşları qəbul edəcək



Newscenter.az.10.10.2019. Oktyabrın 18-də Energetika naziri Pərviz Şahbazov İmişli şəhərində İmişli və Biləsuvar rayonlarının vətəndaşlarını qəbul edəcək. Qəbul saat 11:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialının inzibati binasında (ünvan:İmişli şəhəri, İmişli-Kürdəmir yolu) keçiriləcək.

Newscenter.az-a nazirliyin mətbuat xidmətindən daxil olan məlumata görə, həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Ağdamda Ağdam və Ağcəbədi rayonlarının sakinləri ilə görüşəcək. Qəbul saat 11:00-da Ağdam rayon Heydər Əliyev Mərkəzində (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) keçiriləcək. Nazir müavini Elnur Soltanov isə Beyləqan şəhərində Beyləqan və Füzuli rayonlarınınsakinlərini qəbul edəcək. Qəbul saat 12:00-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində (ünvan: Beyləqan şəhəri, Heydər Əliyev prospekti 7) başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin [email protected] poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İmişli filialı (əlaqələndirici şəxs İbrahim Şirinov, əlaqə telefonu: (050)200-36-11,elektron poçt ünvanı:[email protected], [email protected])vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.azinternet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Zaur
Xəbəri paylaş