Impera

XƏBƏR LENTİ
22:51Prezidentdən ciddi tapşırıq: "Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır"22:33Niyə heç cürə kompromisə getmək istəmirsiniz?22:26Azərbaycan Prezidenti: "Vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir"22:04Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşüb21:54İlham Əliyev: "Bu gün iqtidarda olan bəziləri islahatlara qarşı çıxış edirlər"20:33Kənd Təsərrüfatı Nazirliyi yanında Barama İstehsalçıları Şurası yaradılıb19:14Dövlət Gömrük Komitəsinin sədri İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri ilə görüşüb18:13Minskdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası keçirilir17:15BMqT-nin Azərbaycan nümayəndəliyi üşaqlar üçün nəzərdə tutulan sığınacaqda təmir işləri başa çatdırıb17:00Azərbaycanda yeni dövlət qurumu yaradılır16:10Bu ilin 9 ayı üzrə Energetika Nazirliyində inzibati xətalarla bağlı 539 işə baxılıb15:49Bu günədək qəbul məntəqələrinə 183 min tondan artıq pambıq təhvil verilib15:10Dünyada 820 milyondan çox insan acdır14:54KOBİA istixana təsərrüfatının yaradılmasına dəstək göstərib14:28İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər14:06Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanılıb13:41Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib13:26BMqT İcmanın məlumatlandırılması görüşlərini davam etdirir13:13Sabah hava necə olacaq?13:02Müdafiə naziri NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb12:50Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır12:15BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli ilə görüş keçirilib11:52Ayaqqabısında psixotrop maddə keçirmək istədi11:38“Mastercard” kiberməkandakı konfliktlərdə nzərərçəkmişlərə yardım edəcək11:14Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər10:39“Azəriqaz” payız-qış mövsümünə hazırlığa start verib10:27Müəllim və valideynlərin müraciətləri dinləniləcək10:06Bu rayonlarda qaz olmayacaq10:00Xətai rayonu Səməd bəy Mehmandarov küçəsi yenidən qurulub09:20Düşmən müxtəlif istiqamətlərində snayper tüfənglərindən mövqelərimizi atəşə tutub09:00Ümumdünya Qida Günü ilə əlaqədar məktəblilərlə görüş keçirilib08:30Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüb22:00İlham Əliyev: "Məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz"20:30Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib19:41Azərbaycan Rusiyaya nota verib17:15“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans keçirilib-FOTOLAR16:52Türkiyə nümayəndə heyəti “ASAN xidmət”də16:14Daha 38 mütəxəssis Kənd Təsərrüfatı Nazirliyi sistemində işə götürüldü15:33“ASAN Könüllüləri” Təşkilatı və “Coca-Cola” qadınlar üçün yeni proqrama start verib15:19Yük qatarı sərnişini vurdu14:58Bakıda Türk Şurasının sammitində yekun bəyannamə imzalanıb14:47Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü başa çatdı14:35“Azəriqaz” İB iddialara aydınləq gətirdi14:25Türk Şurasının növbəti Zirvə Görüşü Türkiyədə keçiriləcək14:06"Bakı Metropoliteni" beynəlxalq tədbirdə təmsil olunub13:53Rəcəb Tayyib Ərdoğan: ""Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün əlimizdən gələni edəcəyik"13:10Bakı Şəhəri üzrə Təhsil İdarəsi gələcək hədəflərini açıqlayıb13:00Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub12:41Cari ilin 9 ayı ərzində Energetika Nazirliyinə 2707 müraciət daxil olub12:23Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci sammiti başlayıb12:03Azərbaycanın inkişafında yeni mərhələnin başlandığı gün11:30Güzəştli şərtlərlə səyyar gübrə satışından 2756 vətandaş yararlanıb11:15Bakıda 10 məktəb direktoru işdən çıxarılıb11:05Bu yollarda rəngləmə işləri aparılacaq11:00Özbəkistanla turizm sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb10:40AQTA bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi10:12Energetika naziri vətəndaşları qəbul edib09:42Bu rayonlara qaz fasilə ilə veriləcək09:30Atəşkəs rejimi 21 dəfə pozulub09:00KOBİA TDƏŞ-ə üzv ölkələrin müvafiq qurumları ilə əlaqələri genişləndirir22:00Türkiyə bəzi dırnaqarası "müsəlman" ölkələrinin və Qərb dövlətlərinin iddia etdiyi kimi heç də işğalçılıq məqsədləri güdmür21:30Məktəblilər qida təhlükəsizliyi barədə maarifləndirilir21:00Beynəlxalq Nəqliyyat Forumunun Avtomobil Nəqliyyatı Qrupunun növbəti iclası Bakıda keçirilir20:15Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Goranboy rayon İcra Hakimiyyətində görüş keçirdilər19:40“Kaspersky Lab” şirkəti Azərbaycanla bağlı geniş təqdimat keçirəcək19:12Bu ilin 9 ayı ərzində ümumilikdə 182 471 sayğac yenisi ilə əvəzlənib18:35Valdaydan sonra, sərt Aşqabad silləsi18:02Macarıstanın Baş Naziri Türk Şurasının toplantısında iştirak etmək üçün Azərbaycana gəlib17:55Səhmdar Cəmiyyət rəhbərliyi vətəndaşları qəbul edəcək17:44Azərbaycan Ordusunda “NATO günləri”nə start verilib.17:21Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib16:40DGK:"Şimal Servis" MMC-nin idxal etdiyi mallara görə həyata keçirilən gömrük əməliyyatlarında qanun pozuntusuna yol verilməyib16:31Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib16:25“Türk Hava Yolları” cari ilin ilk 9 ayı ərzində 56.4 milyon sərnişinə xidmət göstərib16:06Rusiya Azərbaycanlıları İttifaqı: "Zatulinin fikirləri əslində dəhşətli saxtalaşdırma faktının təzahürüdü"16:00Azərbaycan Prezidenti Türkiyə Prezidenti ilə görüşüb15:53Respublikada tütün və şəkər çuğuduru yığımı davam edir15:46Ərdoğan Azərbaycana gəlib15:34Daha 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək15:25Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü olub15:06Azərbaycanda “InnoWeek – İnnovasiya həftəsi” keçiriləcək14:36“ASAN xidmət”də Yaponiyanın mədəniyyət günləri14:17Özbəkistan prezidenti Azərbaycana səfərə gəlib13:19Sabah hava necə olacaq?13:00Gömrükçülər külli miqdarda siqaretin ölkəyə keçirilmıəsinin qarşısını alıb12:44Bu ərazilərdə rəngləmə işləri aparılacaq12:35Paytaxt məktəblisi şahmat üzrə dünya çempionu olub12:20AQTA-nın nümayəndə heyəti Monteneqro, Bosniya və Herseqovinada işgüzar səfərdə olub12:00Təhsil müəssisələrində öyrədici seminarlar keçirilir11:55Diplomatik korpusun rəhbərləri yarmarkasına gedəcək11:43Azərbaycan komandası Qətər 2019 MOKA Dünya Çimərlik Oyunlarında 2 medal qazanıb11:30Türk Şurasına sədrlik Azərbaycana keçib11:13Bu ərazilərə qaz fasilə ilə veriləcək10:41Tramp Türkiyəyə tətbiq edəcəyi sanksiyaları niyə gecikdirir?10:00Birinci vitse-prezident akademik Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar başsağlığı verib09:43Azərbaycan-İran sərhədində insident baş verib, 1 sərhədçi bıçaqlanıb09:29Atəşkəs rejimi 22 dəfə pozulub08:21Tramp Nobel mükafatı ala bilərmi?08:00Akademik Vasim Məmmədəliyev vəfat edib22:29Ruslan Vəliyev: "Azərbaycan Dövlət Aqrar Universiteti sürətlə inkişaf edir"
BÜTÜN XƏBƏRLƏR
Ekim 2019 (402)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)

«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Azərbaycan Prezidenti: "MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur"

11 Oktyabr 2019, 20:56   


Newscenter.az.11.10.2019. "MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur".

"Report"un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasda çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, bugünkü Zirvə Görüşünün gündəliyindəki məsələlərdən biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciətidir: "Ən dağıdıcı, qanlı müharibənin ön və arxa cəbhələrində xalqlarımız gələcək nəsillər üçün nümunə olan qəhrəmanlıq və igidlik göstəriblər. Faşizm üzərində ümumi Qələbəmizə Azərbaycan layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğlu və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Hərbi kinoxronikada məşhur kadrlar var: Hitlerə verilən tortun üzərində alman dilində “Xəzər dənizi” sözləri yazılmış bir oyuq, həmin oyuqda “Bakı” adlı qara rəngli maye şokolad var. Hitler şokoladı qaşıqla götürür və tortun üstünə süzür, sonra svastika şəklində şokoladı götürüb “Bakı” sözü yazılan yerə qoyur. Bu kadr faşistlərin Azərbaycanın neft yataqlarını, həmçinin hamımızın bildiyi kimi, Şimali Qafqazın neft yataqlarını tutmaq planlarını vurğulayır. Əgər faşistlər Bakını tutmağa müvəffəq olsaydılar, sovet ordusu Qələbə üçün çox zəruri olan yanacaqsız qalardı, Bakı şəhəri isə havaya sovrulardı. Çünki belə fövqəladə vəziyyətdə sovet hökuməti neft quyularının düşmən əlinə keçməməsi üçün onların hamısını minalamışdı. Yəni, bu halda qurbanların sayı bəlkə yüz minlərlə olardı".

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan elminin nümayəndələri ümumi qələbəmizə sanballı töhfə veriblər: "Məsələn, böyük Azərbaycan alimi Yusif Məmmədəliyev sonradan “Molotov kokteyli” kimi məşhurlaşmış yandırıcı maye ixtira etmişdi. Bu barədə çox adam bilmir, lakin bu, həqiqətdir. Bakının zavodlarında gecə-gündüz istehsal edilən məşhur “Katyuşa” raketləri və digər silahlar düşməni dəhşətə salmışdı. Müharibədə həlak olanların xatirəsini Azərbaycanda ehtiramla yad edir, müharibə veteranlarına böyük qayğı göstərirlər. Oyuncaq, satqın, xalqa zidd, biabırçı Xalq Cəbhəsi rejiminin hakimiyyətdə olduğu 1992-1993-cü illərdə 9 May bayramı ləğv edilmişdi, müharibə veteranları isə alçaldılmağa və təhqirlərə məruz qalırdılar. Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun ilk qərarlarından biri 9 May - Qələbə Gününün bərpa edilməsi oldu. O vaxtdan təqvimdə qırmızı rənglə qeyd olunan bu gün qeyri-iş günüdür və milli bayram kimi qeyd edilir".

"Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir.

Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur", - deyə dövlət başçısı qeyd edib.
OXŞAR MÖVZULAR