Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

3 marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir



Newscenter.az.12.10.2019. Oktyabrın 13-ü axşamdan Akademik Şəfaət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb. Bu səbəbdən də 6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcəkdir.

Dəyişiklik yolda təmir işləri yekunlaşanadək qüvvədə qalacaq.

Anar
Xəbəri paylaş