Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda Türk Şurası Gənclər Platformasının Baş Assambleyası keçiriləcək

Bakıda Türk Şurası Gənclər Platformasının Baş Assambleyası keçiriləcək


Newscenter.az.12.10.2019.
Oktyabrın 13-də Bakıda, Hyatt Regency otelində Türk Şurası Gənclər Platformasının ilk Baş Assambleyası keçiriləcək.

Newscenter.az-a Gənclər və İdman Nazirliyinin mətbuatkatibliyindən bildirilib ki, Baş Assambleyaının açılış mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, PA-dan şöbə müdiri Yusuf Məmmədəliyev və Türk Şurasının Baş katibi Bağdad Amriyev iştirak edəcəklər.
Türk Şurası Zirvə Toplantısı ərəfəsində öncəsi ilk tədbirdə gənclər bir araya gəlib fikir mübadiləsi aparacaq və əməkdaşlıq üçün yeni yolları müzakirə edəcəklər. Beləliklə, Bakıda gənclərin beynəlxalq əməkdaşlığı istiqamətində yeni bir ənənənin təməli qoyulacaq. Bu tarixi hadisə həm də ölkələr arasında mövcud olan əməkdaşlığa yeni bir səhifə açır.

2018-ci ilin sentyabrında Çolpan Ata şəhərində keçirilmiş Türk Şurasının VI Zirfə görüşünün mövzusu gənclər və idman məsələlərinə həsr olunmuşdu. Zirvə Görüşünün yekunu olaraq qəbul edilmiş bəyannamədə ölkə başçıları bu sahədə görülümüş işləri yüksək qiymətləndirmiş və Türk Şurası Gənclər Platformasının fəaliyyətə başlaması üçün zəruri addımların atılmasına dair təlimat veriblər.
Azərbaycan təşəbbüslə çıxış edərək, Baş Assambleyanın Bakıda keçirilməsi təklifini irəli sürüb.

Baş Assmbleyada Türk Şurası Gənclər Platformasının idarə heyəti, sədr və sədr müavinlərinin seçilməsi, o cümlədən növbəti illər üçün fəaliyyət planının və Zirvə Görüşünə təqdim etmək gənclərin tövsiyələrinın hazırlanması nəzərdə tutulub.

Ehtiram
Xəbəri paylaş