Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“ASAN xidmət”də Yaponiyanın mədəniyyət günləri



Newscenter.az.14.10.2019. 14 oktyabr 2019-cu il tarixində Sabirabad regional "ASAN xidmət" mərkəzində Yaponiyanın mədəniyyət günləri tədbiri keçirilib.

Newscenter.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu, ASAN könüllüləri tərəfindən multikulturalizm mövzusunda reallaşdırılan silsilə tədbirlər çərçivəsində gerçəkləşib.

Yaponiyanın ölkəmizdəki səfirliyinin əməkdaşlarının daiştirak etdiyi tədbirdə həmin ölkənin milli geyimləri,mətbəxinin ən məşhur nümunəsi olan suşi nümayiş etdirilib.

Həmçinin milli mətbəximizin təamları hazırlanaraq xüsusi guşədə təqdim olunub. Mərkəzin könüllüləri tərəfindən oriqami üsulunda hazırlanmış əl işlərinin sərgisi də baş tutub.

Yaponiyanın milli bayramları ilə əlaqədar olan guşədə isə həmin bayramların rəmzləri nümayiş olunub.

Aydan
Xəbəri paylaş