Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu ərazilərdə rəngləmə işləri aparılacaq



Newscenter.az.14.10.2019. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarında, Gecə saatlarında isə Xətai rayonu, Xudu Məmmədov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə məlumat Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub.

Bu üzdən sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Anar
Xəbəri paylaş