Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu yollarda rəngləmə işləri aparılacaq



Newscenter.az.15.10.2019. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarında, Gecə saatlarında isə Nərimanov rayonu, Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində, həmçinin Nizami, Rüstəm Rüstəmov küçəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə məlumat Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki,

bu üzdən sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Anar
Xəbəri paylaş