Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Yaşıl Planet” beynəlxalq məktəbin rəsmi açılış mərasimi keçiriləcək



Newscenter.az.20.10.2019. “Yaşıl Planet” beynəlxalq məktəbin rəsmi açılış mərasimi keçiriləcək.

Newscenter.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən bildirilib ki, 20-26 oktyabr 2019-cu il tarixlərində Gənclər və İdman Nazirliyi tərəfindən Bakı şəhərində “MDB iştirakçı dövlətlərinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu” və “Ekosfera” Sosial-ekoloji Mərkəzi ilə birgə “Yaşıl Planet” beynəlxalq tələbə məktəbi təşkil ediləcək.

Layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədilə ilə, eləcə də Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının qərarı ilə təsdiq edilmiş “MDB üzv dövlətlərinin 2018-2020-ci illər üçün humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planı”-na uyğun olaraq həyata keçirilir.

Layihə çərçivəsində MDB və Baltikyanı ölkələrdən olan gənclər ətraf mühit problemlərinə ictimaiyyətin diqqətini cəlb etmək üçün, eləcə də, bu sahədə bilik, bacarıq və təcrübə mübadiləsi və təlim keçmək məqsədi ilə Azərbaycanda toplanacaqlar. Gənclər ətraf mühitin qorunması və ekoloji liderlik sahəsində seminar və master-klasslarda fəal iştirak edə biləcəklər.

Məktəbdə gənclərin ətraf mühitin mühafizəsi, eko-liderlik, ətraf mühitin idarə olunması və s. mövzularda fəal iştirakı ilə mühazirələr, seminarlar və ustad dərsləri keçiriləcək, mədəniyyət axşamları təşkil ediləcək,iştirakçılar Bakının görməli yerləri ilə tanış olmaq, eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanış olmaq imkanı əldə edəcəklər.

Beynəlxalq məktəbin işində 100 nəfər gənc qatılacaq.

Aydan
Xəbəri paylaş