Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu "feminizm"dən siyasət iyisi gəlir

Bu "feminizm"dən siyasət iyisi gəlir


Newscenter.az.21.10.2019. Dünən Bakının mərkəzində, Natavanın heykəli önündə bir qrup feminist qadının “Şiddətə susma”, “Şiddətə dözmə” kimi şüarlar altında keçirdikləri aksiya sizcə, həqiqətəndəmi məişət zorakılığına qarşı mübarizəni nəzərdə tutan bir aksiya idi? Mən belə hesab etmirəm. Siz o aksiyanın önündə gedənlərin, əsas təşkilatçıların aqressivliyinə, şiddət və kin dolu davranışlarına, tərzlərinə heç fikir verdinizmi?

Onların məqsədi qadınlara qarşı şiddətə dinc formada etiraz bildirməkmi idi məgər? Dinc etirazın təşkilatçılarında bu qədər öfkəli, qəzəbli, qızışdırıcı əhval-ruhiyyə nəyə lazım idi? Onlar polisi açıq-aşkar təxribata, qarşıdurmaya çəkməyə çalışırdılar. Məlum məsələdir ki, bu aksiyanın pərdəarxasındakı əsas hədəf ictimai hədəf deyildi, siyasi hədəf idi.

Mən belə hesab edirəm ki, AXCP-nin, Milli Şuranın və "söyüş bloggerləri"nin əliylə ölkədə qarışıqlıq yaratmağa nail ola bilməyən xarici güclər və ölkə daxilindəki "oyunçu"lar indi də marginallaşmış qadın tiplərinin əliylə ictimai asayişi, sabitliyi pozmağa çalışırlar. Odur ki, "feminist" çətiri altında gizlənən fərdlərin havadarlarını araşdırıb üzə çıxarmaq, ifşa etmək lazımdır. Bu "feminizm"dən açıq-aşkar siyasət iyisi gəlir.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Xəbəri paylaş