Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu rayonlara qaz fasilə ilə veriləcək



Newscenter.az.21.10.2019. Bu gün səhər saatlarında Sabirabad rayonunda 219 mm diametrində olan polietilen orta təzyiqli yeraltı “Şəhər-Muğan” daşıyıcı qaz kəmərinin Muğan prospektindən H.Əliyev prospektinə qədər olan hissəsində sazlama işlərinə başlanılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Newscenter.az-a daxil olan məlumata görə, bu müddət ərzində rayon mərkəzinin bir hissəsində qaz fasilələrlə veriləcək. Xaçmaz rayonunun Vəlvələ kəndi istiqamətində isə istismarda olan qaz xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bir qrup abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Zaur
Xəbəri paylaş