Impera

XƏBƏR LENTİ
20:00QHT əməkdaşları Agentliyin idarə heyətinin sədri ilə görüşüblər19:38Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri 4-cü Ticarət Məclisi keçirilib19:00Azərbaycanda vərəmlə bağlı Milli Dialoq keçiriləcək18:30Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyasının iclası keçirilib17:48"Azəriqaz"da istehsalat müşavirəsi keçirilib17:13Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib17:00ABŞ nümayəndə heyəti “ASAN xidmət”də16:45Prezident "Azərsu"ya 5 milyon manat ayırdı16:32İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib16:17Gömrük rəsmiləşdirilməsi üzrə təlimlər keçirilir15:36Dövlət Komitəsində görüş keçirilib15:10Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb14:45Əməliyyat təlimi çərçivəsində HHQ qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO14:30Pərvin Kərimzadə: "Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir"14:13Sabah hava necə olacaq?13:56Bakıda MDB-yə üzv dövlətlərin Gənclərlə iş üzrə Şurasının iclası keçiriləcək13:27Bəzi ticarət obyektlərində tərkibində böyük miqdarda bitki, az miqdarda isə kərə yağı spredi olan yağlar kərə yağı adı altında satılır13:20“MDB üçün 100 ideya” Beynəlxalq gənclər layihəsinin final mərhələsi keçiriləcək13:11“Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib13:00Qida məhsullarının idxalının elektronlaşmasına start verildi12:51Azərbaycanla Rusiya arasında gəncləri sahəsində saziş imzalanacaq12:40Pambıq qəbulu məntəqələrinə bu günədək 281 min tondan çox məhsul təhvil verilib12:22Ağcabədidə 18 km uzunluğunda yerli əhəmiyyətli yol yenidən qurulub11:45Tirrell Hatton“Türk Hava Yolları Açıq Qolf Turniri”nin qalibi oldu11:35496 əcnəbi barədə ölkəni tərk etmə qərarı çıxarılıb11:17BNA əməkdaşları halı pisləşən xanıma ilkin tibbi yardım göstərib11:02Keçən ay Miqrasiya Xidmətinə 49924 müraciət daxil olub10:55Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsi keçirilir10:36İki rayon üzrə məktəb seminarları keçirilib10:12Bakı metrosunda qatarların hərəkəti ləngiyib09:32Düşmən atəşkəs rejimini 22 dəfə pozub09:00AVP Avropalı Gürcüstan Partiyası ilə əməkdaşlıq edəcək20:12Birinci vitse-prezidentin təşəbbüsünə Qusar məktəbliləri də qoşuldu-FOTOLAR19:48İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi19:22Xırdalan 10 saylı məktəbin şagirdləri Bayraq Günü fləşmobu hazırlayıblar - FOTOLAR-VİDEO18:51Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Oklahoma ştatında səfərdədir17:55Yeni qaydalarla subsidiya verilməsi üçün müraciətlərin qəbuluna başlanıb17:37Çexiyada “Mədəniyyətlərarası dialoq, radikalizm və zorakılığın qarşısının alınması” mövzusunda konfrans keçirilib16:52Prezident bu rayon üçün 19,4 milyon manat ayırdı16:39Metropolitençilər peşə bayramlarını qeyd ediblər “Fəxri metropolitençi” və “İlin maşinisti” mükafatlarının laureatları elan edilib16:16“Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib16:00Fizuli Məmmədov: "İnanıram ki, tezliklə respublikamızın ərazi bütövlüyü bərpa ediləcək və üçrəngli Azərbaycan bayrağı bu gün Ermənistanın işğalı altında olan Azərbaycanın şəhər və kəndləri üzərində dalğalanacaq"15:50Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir15:33Paytaxt məktəblərində Dövlət Bayrağı Günü qeyd edilib15:15“Azərsu” rəhbərliyi vətəndaşları qəbul edəcək14:50Energetika Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşəcək14:37ABC Tədris və İnkişaf Mərkəzi sınaq imtahanlarının təşkilinə başlayır14:12Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edib13:50Metropolitençilər Heydər Əliyevin məzarını ziyarət edib13:19Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq12:44Müəllim və valideynlər qəbul edilib12:23Yanvarın 1-dən 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq12:00Nəsiminin 650 illik yubiley tədbiri keçirilib11:45Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlama kameraları yenilənərək istifadəyə verilib11:30“Türk Hava Yolları” Çinin Sian şəhərini uçuş xəritəsinə əlavə etdi11:06İrandan gələn yük maşınında külli miqdarda narkotik vasitə və psixotropa maddələr aşkarlanıb10:56“ASAN xidmət” mərkəzləri noyabrın 9-da işləməyəcək10:50“Kiçik Akademiya”nın 5 illiyi qeyd olunub10:31İlin sonuna qədər paytaxtın mərkəzindəki bütün yaşayış binaları genişzolaqlı xidmətlərlə təmin ediləcək10:00Prezident "Facebook"da Bayraq Günü münasibətilə paylaşım edib - VİDEO09:14Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub19:47RAİ rəhbərliyi “Yeni Müsavat” qəzetini ziyarət edib-FOTOLAR19:08Avtomobil qəzası qaz təsərrüfatına ziyan vurub18:00Prezident Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb17:31Bu yolda rənglənmə işləri aparılacaq16:24Nazir Vilayət Eyvazov İran səfirini qəbul edib16:10“Kaspersky” mülki dronlara qarşı sistem təqdim edir16:00AQTA qida sahəsində çalışan sahibkarlara müraciət etdi15:34Ermənistan İŞİD terrorçularından Azərbaycana qarşı istifadə edəcək15:02ABŞ-da ADAU və Oklahoma Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb14:45BMqT-nin Azərbaycan nümayəndəliyinin təmsilçiləri beynəlxalq təlimdə iştirak ediblər14:08Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti II Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir13:59Deputat məhkəməyə verildi13:28Süd və süd məhsulları autizmli uşaqlara necə təsir edir?13:05Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb13:00Yeni ailə quran gənclərə Bayraq hədiyyə ediləcək12:41Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Bakıya gəlib-FOTOLAR12:07Avtomobil qaz xəttinə çırpılaraq yanıb11:48Dieqo və Frida “Gənclik” stansiyasında11:30Oktyabr ayında “Sağlam məktəbli” layihəsi çərçivəsində 27 ümumtəhsil müəssisəsində görüş keçirilib11:24Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulub11:13Fransa ilə hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib11:00Baş Təhsil İdarəsi təhsil müzakirələri keçirir10:41Prezident Musa Yaquba mənzil hədiyyə edib10:33Aparılan islahatlar dəmir yolunda sürəti artıracaq10:05Dövlət Agentliyinin sədr müavini İən Xana xüsusi müsahibə verib09:26Düşmən atəşkəs rejimini 23 dəfə pozub09:00839 fərdi evə qaz verilib16:48Çin Xalq Respublikası 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir16:25Voleybol komandamıza kim rəhbərlik edəcək?15:55Sahibkarlar və özünüməşğulluq proqramına qoşulmuş fermerlər KOBİA-nın onlayn maarifləndirmə tədbirindən yararlanıblar15:20BŞİH Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb14:50Metronun "Gənclik" stansiyasında sərgi təşkil olunacaq14:22Bu toplantı müxalif düşərgədə mənəvi dəyərlərin heçə sayılmasının əyani nümayişi idi13:51Kənd təsərrüfatı sahəsində Azərbaycan-ABŞ əməkdaşlığı Vaşinqtonda müzakirə olunub13:09Sabah hava necə olacaq?12:47Daşıyıcılar sürücüləri qanunvericilikdə nəzərdə tutulmuş normadan 2 dəfə artıq işlədirlər12:24“Araz” supermarketlərində iylənmiş toyuq satılır12:09AQTA quş qripi ilə bağlı epizootoloji monitorinqlərə başlayır11:45Bakıda avtomobildə erməni mahnısı səsləndirərək sosial şəbəkələrdə yayan şəxs saxlanılıb
BÜTÜN XƏBƏRLƏR
Kasım 2019 (222)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)

«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

NATO kontr-admiralı: “Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlıq səviyyəsi onların güclü olduğundan xəbər verir” - VİDEO

21 Oktyabr 2019, 14:06   


Newscenter.az.21.10.2019. Alyansın Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Qərargahında (SHAPE) Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan ilə müsahibə

Söhbətimizin əvvəlində “NATO Günləri”nin Azərbaycanda keçirilməsinin ölkəmiz üçün faydasının nədən ibarət olduğu haqda fikirlərinizi bildirməyinizi istərdik. "NATO Günləri"nin Azərbaycanda keçirilməsinin ölkəmizə faydaları nələrdir?

İlk növbədə mən və nümayəndə heyətim Azərbaycanda qarşılanmaqdan böyük məmnunluq duyduğumuzu bildirmək istərdim. Mən düşünürəm ki, Azərbaycanda "NATO günləri" böyük əhəmiyyət kəsb edir. Qeyd olunan tədbir zamanı biz bir neçə təşkilatları və hərbi müəssisələri ziyarət etdik. Mənimlə birlikdə səfərdə olan nümayəndə heyətinin tərkibində bir neçə ölkənin və NATO-nun qərargah zabitləri iştirak edirdi. Bu nümayəndə heyəti ilə birlikdə qarşılıqlı olaraq biz azərbaycanlı həmkarlarımızla təcrübə, məlumat və fikir mübadiləsi apardıq. Bu səbəbdən düşünürəm ki, bu tədbir bir neçə fəaliyyətlərin ardı kimi də davam etdirilə bilər. Bu il Azərbaycanda icra olunmuş 11-ci NATO günlərini əməkdaşlığın davam etdirilməsi üçün çox gözəl platforma hesab edirəm.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və müəssisələri tərəfindən tədbirə göstərilən marağı necə qiymətləndirirsiniz?


Azərbaycan tərəfinin NATO günlərinə və eyni zamanda NATO ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirlərə göstərilən diqqəti çox yüksək qiymətləndirir və bundan böyük məmnunluq hissi keçirdiyimizi qeyd etmək istərdim. Məhz bu səbəbdən Azərbaycanın NATO ilə əməkdaşlıqda daha fəal və konstruktiv mövqe nümayiş etdirən tərəfdaş ölkələrdən oluğunu düşünürük. Tədbir zamanı ziyarət etdiyimiz müəssisələrdə hərbi qulluqçuların ünvanladığı suallar və auditoriyanın təqdimatlar zamanı diqqət və fəallıq nümayiş etdirməsinin bunun əyani sübutu olduğunu düşünürəm. Həqiqətən də bu tədbirə olan maraq bizləri həddindən artıq məmnun etdi.

Sizin daha bir fikrinizi öyrənmək bizim üçün maraqlı olardı. Azərbacan-NATO əməkdaşlığı nə dərəcədə əhəmiyyətlidir?

Əslində vurğulamaq istərdim ki, bu il Azərbaycanın NATO ilə əməkdaşlığının 25 illiyi tamam olub. Bu məqam isə öz növbəsində uzun bir zamanı ehtiva edir. Müşahidələrim göstərir ki, Azərbaycan NATO ilə əməkdaşlıq çərçivəsində ən fəal tərəfdaş ölkələrdən biri hesab edilir. Biz Azərbaycanı NATO-nun müxtəlif əməliyyatlarında, Tərəfdaşlığın Qərargah Vəzifəsi Zabiti olaraq müxtəlif NATO qərargahlarına töhfə verməsində, eləcə də Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Rəy Proqramı çərçivəsində fəal tərəfdaş ölkə olaraq görməkdəyik. Bu səbəbdən Azərbaycan NATO üçün önəmli və eyni zamanda əhəmiyyətli tərəfdaşlardan hesab edilir.

Cənab kontr-admiral söhbətimizin bu əsnasında sizə daha bir sual ünvanlamaq istəyirəm. Bu tədbirin müxtəlif müəssisələrdə təşkil edilməsi NATO ilə hərbi əməkdaşlığa hansı töhfəni verir?

NATO-nun perspektivi baxımından qiymətləndirsək onu vurğulamaq lazımdır ki, əməkdaşlıq sadəcə məlumat mübadiləsi ilə kifayətlənmir. Tərəfdaşların əldə etdiyi dəyərli təcrübələrin öyrənilməsi və paylaşılması da NATO üçün böyük əhəmiyyət kəsb edir. Bu isə öz növbəsində qarşılıqlı faydalanmanı, necə deyərlər hər iki tərəf üçün “qazanclı əməkdaşlığı” özündə ehtiva edir. Beləliklə də, inanıram ki, rəhbərlik etdiyim nümayəndə heyəti azərbaycanlı həmkarlarımızdan çox dəyərli biliklər və təcrübələr əldə edib. Buna görə də bu tədbirin eyni zamanda NATO üçün də böyük əhəmiyyət kəsb etdiyinə əminəm.

Mövcud əməkdaşlığı daha da inkişaf etdirmək və yaxud yeni əməkdaşlıq imkanlarını araşdırmaq istədiyiniz sahələr varmı?

Baxmayaraq ki, Azərbaycan fəal və eyni zamanda konstruktiv əməkdaşlıq nümayiş etdirir, fəaliyyət proqramı çərçivəsində ziyarətlərimiz əsnasında bir neçə inkişaf etdirilməsi mümkün olan sahələri də müşahidə etdik. Müşahidələrimiz ona əsas verir ki, bu inkişaf tempini qoruyub saxlamaq və eyni zamanda daha irəli getmək əhəmiyyətlidir. Biz də öz növbəmizdə qərargahlarımıza geri döndükdən sonra müvafiq olaraq bu istiqamətdə fəaliyyətlərimizi genişləndirmək niyyətindəyik. Xüsusilə təlim üzrə və qərargah vəzifələrində də irəliləyişə ehtiyac olduğunu vurğulamaq istərdim. Mən bununla sadəcə bu sahələri deyil, eyni zamanda mümkün olabiləcək digər sahələrdə də inkişaf perspektivlərini nəzərdən keçirəcəyimizi düşünürəm.

Son beş gün ərzində biz Azərbaycanda icra olunan illik “NATO Günləri”ndə iştirak etdik. Qeyd etmək istərdim ki, bu mənim Azərbaycana ilk səfərim idi. Əslində vurğulamaq istərdim ki, ali rütbəli bir türk zabiti olaraq Azərbaycana ziyarətim xoş bir təsadüf hesab edilə bilər. Azərbaycanın fəal tərəfdaş ölkə olmasını görmək bizi də heyrətləndirir. Sadəcə xatırlatmaq yerinə düşər ki, hamımızın da bildiyi kimi Azərbaycan NATO-nun müxtəlif əməliyyatlarına önəmli şəkildə töhfə verən ölkələrdəndir. Vaxtilə NATO-nun Kosovadakı sülhməramlı əməliyyatlarında və hazırda da NATO-nun Əfqanıstanda icra etdiyi “Qətiyyətli Dəstək” Missiyasına töhfə verən fəal tərəfdaş ölkələrdən biridir. Bununla belə, inanıram ki, qısa müddət ərzində Azərbaycan NATO-nun İraq Missiyasına da öz töhfəsini verən ölkələrdən olacaqdır. Eyni zamanda bildirmək istərdim ki, səfər çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlıq səviyyəsini müşahidə etməyimiz Azərbaycan Silahlı Qüvvələrinin müvəffəqiyyətli və güclü olduğundan xəbər verir.

Çox sağ olun cənab kontr-admiral. Verdiyiniz dəyərli və ətraflı məlumatlara görə təşəkkürümüzü bildiririk.

Mən də təşəkkür edirəm. Çox sağ olun.
OXŞAR MÖVZULAR