Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pakistanla anlaşma memorandumu imzalandı



Newscenter.az.21.10.2019. “Pakistan Azərbaycanın idman təcrübəsindən yararlanmaq istəyir”. Newscenter.az xəbər verir ki, bu sözləri ölkəmizdə səfərdə olan və bu gün Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovla görüşən Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Federal Naziri xanım Fehmida Mirza Ni deyib.

Nazir Azad Rəhimov qeyd edib ki, imzalanacaq Anlaşma Memorandumu iki ölkənin idman sahəsində inkişafına çox böyük dəstək verəcək. Eyni zamanda, qeyd olunub ki, ölkəmizdə səfərdə olduğu müddətdə qonaq Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyası, Milli Gimnastika Arenası, Su idmanı Sarayı və digər idman qurğularında da olmaqla, Azərbaycanın idman infrastrukturu haqda daha geniş məlumat əldə edə biləcək.

Gənclər sahəsi haqqında da qonağa məlumat verən Azad Rəhimov, Gənclər və idman nazirliyi tərəfindən uzun müddətdir ki, müxtəlif ölkələrdə gerçəkləşdirilən “Mən Azərbaycan haqqında nə bilirəm?” esse müsabiqəsində Pakistan gənclərinin də aktiv iştirak etdiklərini və qaliblərin dəfələrlə Azərbacyana səfər etdiklərini diqqətə çatdırdı.

Daha sonra, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Nazirliyi arasında idman sahəsində Anlaşma Memorandumunun imzalandı. Sonda qonağa xatirə hədiyyələri təqdim olundu.

Ehtiram
Xəbəri paylaş