Impera

XƏBƏR LENTİ
20:12Birinci vitse-prezidentin təşəbbüsünə Qusar məktəbliləri də qoşuldu-FOTOLAR19:48İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi19:22Xırdalan 10 saylı məktəbin şagirdləri Bayraq Günü fləşmobu hazırlayıblar - FOTOLAR-VİDEO18:51Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Oklahoma ştatında səfərdədir17:55Yeni qaydalarla subsidiya verilməsi üçün müraciətlərin qəbuluna başlanıb17:37Çexiyada “Mədəniyyətlərarası dialoq, radikalizm və zorakılığın qarşısının alınması” mövzusunda konfrans keçirilib16:52Prezident bu rayon üçün 19,4 milyon manat ayırdı16:39Metropolitençilər peşə bayramlarını qeyd ediblər “Fəxri metropolitençi” və “İlin maşinisti” mükafatlarının laureatları elan edilib16:16“Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib16:00Fizuli Məmmədov: "İnanıram ki, tezliklə respublikamızın ərazi bütövlüyü bərpa ediləcək və üçrəngli Azərbaycan bayrağı bu gün Ermənistanın işğalı altında olan Azərbaycanın şəhər və kəndləri üzərində dalğalanacaq"15:50Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir15:33Paytaxt məktəblərində Dövlət Bayrağı Günü qeyd edilib15:15“Azərsu” rəhbərliyi vətəndaşları qəbul edəcək14:50Energetika Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşəcək14:37ABC Tədris və İnkişaf Mərkəzi sınaq imtahanlarının təşkilinə başlayır14:12Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edib13:50Metropolitençilər Heydər Əliyevin məzarını ziyarət edib13:19Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq12:44Müəllim və valideynlər qəbul edilib12:23Yanvarın 1-dən 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq12:00Nəsiminin 650 illik yubiley tədbiri keçirilib11:45Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlama kameraları yenilənərək istifadəyə verilib11:30“Türk Hava Yolları” Çinin Sian şəhərini uçuş xəritəsinə əlavə etdi11:06İrandan gələn yük maşınında külli miqdarda narkotik vasitə və psixotropa maddələr aşkarlanıb10:56“ASAN xidmət” mərkəzləri noyabrın 9-da işləməyəcək10:50“Kiçik Akademiya”nın 5 illiyi qeyd olunub10:31İlin sonuna qədər paytaxtın mərkəzindəki bütün yaşayış binaları genişzolaqlı xidmətlərlə təmin ediləcək10:00Prezident "Facebook"da Bayraq Günü münasibətilə paylaşım edib - VİDEO09:14Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub19:47RAİ rəhbərliyi “Yeni Müsavat” qəzetini ziyarət edib-FOTOLAR19:08Avtomobil qəzası qaz təsərrüfatına ziyan vurub18:00Prezident Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb17:31Bu yolda rənglənmə işləri aparılacaq16:24Nazir Vilayət Eyvazov İran səfirini qəbul edib16:10“Kaspersky” mülki dronlara qarşı sistem təqdim edir16:00AQTA qida sahəsində çalışan sahibkarlara müraciət etdi15:34Ermənistan İŞİD terrorçularından Azərbaycana qarşı istifadə edəcək15:02ABŞ-da ADAU və Oklahoma Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb14:45BMqT-nin Azərbaycan nümayəndəliyinin təmsilçiləri beynəlxalq təlimdə iştirak ediblər14:08Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti II Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir13:59Deputat məhkəməyə verildi13:28Süd və süd məhsulları autizmli uşaqlara necə təsir edir?13:05Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb13:00Yeni ailə quran gənclərə Bayraq hədiyyə ediləcək12:41Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Bakıya gəlib-FOTOLAR12:07Avtomobil qaz xəttinə çırpılaraq yanıb11:48Dieqo və Frida “Gənclik” stansiyasında11:30Oktyabr ayında “Sağlam məktəbli” layihəsi çərçivəsində 27 ümumtəhsil müəssisəsində görüş keçirilib11:24Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulub11:13Fransa ilə hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib11:00Baş Təhsil İdarəsi təhsil müzakirələri keçirir10:41Prezident Musa Yaquba mənzil hədiyyə edib10:33Aparılan islahatlar dəmir yolunda sürəti artıracaq10:05Dövlət Agentliyinin sədr müavini İən Xana xüsusi müsahibə verib09:26Düşmən atəşkəs rejimini 23 dəfə pozub09:00839 fərdi evə qaz verilib16:48Çin Xalq Respublikası 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir16:25Voleybol komandamıza kim rəhbərlik edəcək?15:55Sahibkarlar və özünüməşğulluq proqramına qoşulmuş fermerlər KOBİA-nın onlayn maarifləndirmə tədbirindən yararlanıblar15:20BŞİH Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb14:50Metronun "Gənclik" stansiyasında sərgi təşkil olunacaq14:22Bu toplantı müxalif düşərgədə mənəvi dəyərlərin heçə sayılmasının əyani nümayişi idi13:51Kənd təsərrüfatı sahəsində Azərbaycan-ABŞ əməkdaşlığı Vaşinqtonda müzakirə olunub13:09Sabah hava necə olacaq?12:47Daşıyıcılar sürücüləri qanunvericilikdə nəzərdə tutulmuş normadan 2 dəfə artıq işlədirlər12:24“Araz” supermarketlərində iylənmiş toyuq satılır12:09AQTA quş qripi ilə bağlı epizootoloji monitorinqlərə başlayır11:45Bakıda avtomobildə erməni mahnısı səsləndirərək sosial şəbəkələrdə yayan şəxs saxlanılıb11:23Müdafiə naziri Litva səfiri ilə görüşüb10:34Daha 3 məktəbli qızıl medal qazanıb10:00Mingəçevir şəhərində vətəndaşlar qəbul ediləcək09:24Ermənilər atəşkəs rejimini 24 dəfə pozub09:00Bakıda hərbi tibb mütəxəssislərinin işçi görüşü keçirilib22:57Multikulturalizmin Azərbaycan modeli18:12Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib17:50Heydər Əliyev Fondu Oqtay Gülalıyevi müalicə üçün Türkiyəyə göndərir17:10AQTA Mingəçevirdə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlayıb16:06LG 2019-cu ilin 3-cü rübü üzrə maliyyə yekunlarını açıqladı15:44Voleybolçu qızlarımız Gürcüstanda öz qüvvələrini sınayacaqlar15:11Müdafiə Nazirliyinin nümayəndələri Moskvada hərbi-musiqi festivalında iştirak edirlər15:00“Azəriqaz” rəhbərliyi vətəndaşları qəbul edib14:42Zakir Həsənov Türkiyənin yüksək səviyyəli hərbi nümayəndə heyəti ilə görüşüb14:20“Türk Hava Yolları”nın təşkil etdiyi “Skylife” foto müsabiqəsinin qalibləri mükafatlandırıldılar13:55Multikulturalizmin Azərbaycan modeli13:43AzMİU-da radiasiya və kimyəvi təhlükəsizlik problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir13:29Altıncı Bayraq festivalına start verilib13:11İki rayon üzrə səyyar qəbul keçiriləcək12:48Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən bağırsaq emalı müəssisəsi aşkarlanıb12:28Radikalların imkanı olsa hətta qatığa da "qaradır" deyərlər11:43Ayhan Dəmirçi XİN-in yubiley medalı ilə təltif edilib-FOTOLAR11:28Maşinist peşəsi üzrə növbəti kursda 9 müdavim11:02Gürcüstana qanunsuz yolla keçmək istəyən 8 Azərbaycan vətəndaşı saxlanılıb10:41Səbail rayonu üzrə “Məktəb seminarları” keçirilir10:24Dövlət Bayrağı Günü münasibətilə “Açıq qapı” günü və andiçmə mərasimi keçiriləcək10:00Məşhur çapar Gülay Fərzəliyeva:: "Fizuli əmi, Sizə söz verirəm ki, bu atı Qələbə günü Cıdır düzündə çapacam"09:42Bakı-Şamaxı magistralının 16 km-lik hissəsinin genişləndirilməsi yekunlaşır09:31Atəşkəs rejimi 22 dəfə pozulub20:00Düşmən millətdən olan şəxslərin hansısa yollarla ölkəmizin içinə sızması çox ciddi məsələdir19:34Yanvarın 1-dən 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan ediləcək19:11Nümayəndələr Palatası Vaşinqtonun daxili və xarici siyasətinə zərbə vurur
BÜTÜN XƏBƏRLƏR
Kasım 2019 (195)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)

«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Zəfərin Komandanı

21 Oktyabr 2019, 10:41   


Newscenter.az.21.10.2019. "Qarabağ Azərbaycandır!” hərəkatının əsas istinadgahı YAP gəncləri olacaq

"Qarabağ Azərbaycandır və nida işarəsi”.

İki həftədən artıqdır ki, ölkənin hər yerində - kəndlərdə, rayonlarda, şəhərlərdə böyüklü-kiçikli hamı qürurla Azərbaycan Prezidentinin bu tarixi ifadəsini səsləndirir və artıq bu fikir devizə, hərəkata çevrilməkdədir.

Cənab İlham Əliyevin böyükdən-kiçiyə hər kəsi qürurlandıran bu bəyanatı Azərbaycan gəncliyini də səfərbər edib. Ölkənin aparıcı qüvvəsi sayılan gənclik "Qarabağ Azərbaycandır!” hərəkatının fəal dəstəkçisinə çevriliblər. Görünən odur ki, tezliklə bu hərəkat möhtəşəm sarsılmaz birlik kimi formalaşıb cənab İlham Əliyevin hücum diplomatiyasına, müstəqil və qətiyyətli siyasətinə dəstək verəcək.

Hər zaman Azərbaycan gənclərinin böyük hamisi olan cənab Prezidentin son iki həftə ərzində beynəlxalq toplantılarda səsləndirdiyi bəyanatlar həm səngərdəki əsgərin döyüş ruhunu, qələbə əzmini, həm də ölkə gəncləri arasında həmrəyliyi, milli ruhu daha da yüksəldib.

Bu gün istənilən məclisdə, toplantıda cənab İlham Əliyevin beynəlxalq forum və konfranslarda Ermənistanın işğalçılıq siyasətini ifşa edən bəyanatları müzakirə mövzusuna çevrilib. Hər kəs birmənalı şəkildə vurğulayır ki, dövlət başçısının "Qarabağ Azərbaycandır və nida işarəsi” mesajı, təkcə işğalçıya deyil, həm də beynəlxalq auditoriyaya, dünya ictimaiyyətinə və təşkilatlarına ünvanlanmış mesajdır.

Əgər diqqət etsək görərik ki, həm Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunda, həm MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən toplantısında, həm də Bakıda reallaşan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə səsləndirdiyi fikirləri, bəyanatları ilə Prezident İlham Əliyev Ermənistanın dövlət siyasətinin faşizmə dəstək verən işğalçı, terorrçu siyasət olduğunu dünyaya nümayiş etdirdi.

Öncə cənab Prezident Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altında saxladıqları Dağlıq Qarabağla bağlı 3 ay ərzində verdiyi bəyanatlara, o cümlədən "qərar Azərbaycan, Ermənistan və Qarabağ xalqları üçün qəbuledilən olmalıdır” sərsəm iddiasına "Qarabağ Azərbaycandır və nida işarəsi” fikri ilə tutarlı cavab verdi. Siyasətdə naşı, sərsəm bəyanatları ilə ad çıxarmış Paşinyanın replikalarına təmkinlə reaksiya verən cənab İlham Əliyev özünün yüksək mədəniyyətə sahib

olduğunu Rusiyada bir daha hər kəsə göstərdi. Xarizmatik görünüş, səlis nitq qabiliyyəti və auditoriyanı ələ almaq bacarığına sahib olan Azərbaycan Prezidenti Ermənistan baş nazirinin sözlərinin, doğrudan da sayıqlama olduğunu, həddini aşdığını dəqiqliklə əsaslandırdı. Bəlkə də N.Paşinyanın özü orada olsaydı belə, etiraz etməyə söz tapmayacaqdı.

Cənab İlham Əliyevin vurduğu tərs şillədən hələ tam ayılmayan Ermənistanın baş naziri cəmi bir həftə sonra Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında daha bir zərbə aldı. Bu dəfə Azərbaycan Prezidenti dünyanın diqqətinə çatdırdı ki, Ermənistan faşizmi dövlət səviyyəsində təbliğ edir. Faşizmə dəstək verən erməniyə abidə ucaldan Ermənistan Azərbaycanla bağlı da faşist siyasəti yürüdür. Ona görə də bu ölkəyə dəstək olmaq faşizmə, nasizmə dəstək olmaqdan başqa bir şey deyil. Bununla da cənab Prezident Azərbaycanın indiyədək apardığı mübarizəni işğalçı dövlətin terror rejiminə qarşı mübarizə kimi qiymətləndirdi. Azərbaycan Prezidentinin söylədiyi fikirlərə N.Paşinyanın seyrçi mövqe nümayiş etdirməsi isə cənab İlham Əliyevin söylədiklərinin həqiqət olduğunu dünyaya nümayiş etdirdi.

Cəmi 4 gün sonra Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə isə Azərbaycan Prezidenti bir daha Ermənistanın işğalçı siyasətini türk dünyasına bəyan etdi və eyni kök, eyni soydan olan ölkələrə səslənərək bildirdi ki, dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir.

Prezident İlham Əliyevin bu bəyanatlarını birmənalı şəkildə dəstəkləyən ölkə əhalisinin münaqişənin həllinə əminlik hissini daha da möhkəmləndirdi. Çünki bu mesajlar Azərbaycanın dəyişməz mövqeyinin real təzahürü idi. Hər kəs dövlət başçısı ilə qürur duydu və xalq bir daha əmin oldu ki, cənab Prezidentin işğal altında olan torpaqlarımızın geri qaytarılması istiqamətində apardığı qətiyyətli siyasəti dəyişməzdir.

Əlbəttə ki, Prezidentin hər üç qətiyyətli bəyanatı, Ermənistan hakimiyyətinin yürütdüyü siyasəti ifşa edən fikirləri istər ölkədə, istərsə də Azərbaycandan kənarda olan hər bir gənc üçün əsl örnək və nümunədir. Yaşadığı məkandan asılı olmayaraq istənilən gənc ermənilərin saxta iddialarına, təxribat xarakterli bəyanatlarına həmişə cənab Prezident kimi belə kəskin cavablar verməli, onları susdurmalıdır. Azərbaycan gəncliyi dövlət başçısının müdrik xarici siyasətindən nümunə götürməli, erməni təxribatına qarşı ciddi mübarizə aparmalıdır.

Əminliklə deyə bilərəm ki, hər zaman Prezident İlham Əliyevin mütərəqqi, qətiyyətli siyasətinə dəstək olan, Azərbaycanın davamlı, dayanıqlı inkişafına öz töhfəsini verən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri yeni yaranan "Qarabağ Azərbaycandır!” hərəkatının ən fəalları olaraq hərzamankı kimi ön cərgədə irəliləyəcəklər. Prezident İlham Əliyevin ətrafında sıx birləşən YAP gəncləri bu hərəkata öz töhfəsini vermək üçün əllərindən gələni əsirgəməyəcəklər.

Amil CAVADOV,

YAP Gənclər Birliyinin Şura üzvü
OXŞAR MÖVZULAR