Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Türk Hava Yolları” yeni endirim kampaniyasına start verir



Newscenter.az.23.10.2019. Dünyanın ən çox nöqtəsinə uçuşlar həyata keçirən “Türk Hava Yolları” yeni endirim kampaniyasına start verir.

Şirkətin Bakı ofisindən Newscenter.az-a bildirilib ki, budəfəki kampaniya çərçivəsində Balkanlar və Ukrayna istiqaməti azərbaycanlı müştərilər üçün əlçatan olur. Biznes sinif sərnişinlər üçün nəzərdə tutulmuş endirim kampaniyasında biletlərin başlanğıc qiyməti iki tərəfli olmaqla, bütün vergilər daxil 699 Avrodan başlayır.

Endirimli biletləri 31 oktyabr tarixinə qədər əldə etmək mümkündür. Biletlərin istifadə müddəti 01.11.2019-22.05.2020-ci illəri əhatə edir.

Aydan
Xəbəri paylaş