Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnformatika müəllimləri üçün seminarlar keçirilir



Newscenter.az.24.10.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində informatika müəllimləri üçün seminarlar keçirilir.

Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirlib ki, Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil olunmuş seminarların əsas məqsədi informatika fənninin tədrisi prosesində müasir təlim texnologiyalarından istifadə, dərs planlaşdırması, informatika müəllimlərinin bilik və bacarıqlarının artırılması, dərs prosesinin daha yaxşı təşkilinə dair zəruri məlumatların çatdırılmasından ibarətdir.

Paytaxtın 12 inzibati rayonu üzrə təşkil olunan seminarlarda informatika fənninin tədrisi zamanı dərsin düzgün istiqamətdə qurulması, müvafiq təlim forma və üsullarının məqsədəuyğun şəkildə seçilməsinin keyfiyyətə təsiri, qiymətləndirmədə müxtəlif üsul və vasitələrdən istifadə zamanı müəllimlərin qarşılaşdıqları problemlərin həlli yollarının müəyyənləşdirilməsi barədə söhbətlər aparılır, müəllimlərə müvafiq tövsiyələr verilir.
Seminarlarda mövzu ətrafında müəllimlərlə fikir mübadiləsi aparılır, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilir.

R.Mehdiyeva
Xəbəri paylaş