Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TANAP-la Türkiyəyə 3 mlrd. m3-dən çox qaz nəql olunub



Newscenter.az.24.10.2019. "Ötən ilin iyul ayından indiyə kimi TANAP-la Türkiyəyə 3 mlrd. m3-dən çox qaz nəql olunub".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə energetika naziri Pərviz Şahbazov çıxış edib. O, bildirib ki, Avropaya qazın çatdırılmasını təmin edən əsas həlqə -Trans-Adriatik qaz boru kəməri üzrə isə işlərin icra vəziyyəti 90 faizə yaxındır:

“2020-ci il Avropanın uzun illərdir ki, müzakirə etdiyi və nail olmağa çalışdığı şaxələndirmə planının gerçəkləşdiyi tarix olacaq. Bu tarix üçün Beynəlxalq Enerji Xartiyası Konfransı sədrliyinə Azərbaycanın layiq görülməsi də məhz Cənub Qaz Dəhlizinin strateji roluna verilən qiymətdir. Cənub Qaz Dəhlizinin diversifikasiya və qitənin dekarbonizasiyası kimi prioritetlərə gözlənilən töhfəsinin təsdiqidir”.

Zaur
Xəbəri paylaş