Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda istehsal olunan karbamidin ilk ixrac partiyasının dəmir yolu ilə daşınmasına başlanıldı



Newscenter.az.25.10.2019
. “Azərbayacan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC ARDNŞ-in Karbamid zavodunda istehsal olunan karbamidin ilk ixrac partiyasının dəmir yolu ilə daşınmasına start verdi.

Newscenter.az-a Səhmdar Cəmiyyətin mətbuat katibliyindən bildirilib ki, hər birisinin çəkisi 800 kq olan boyük kisələrdə (biq baq) daşınan karbamidin ümumi çəkisi 1984 ton təşkli edib. Karbamid zavoodundan yük avtomobilləri ilə H.Z.Tağıyev stansiyasına çatdırılaraq, burada ADY Express şirkətinin təqdim etdiyi 40 ədəd yarımvaqona yüklənib və yola salınıb. Gürcüstandakı tərəfdaş şirkəti olan «GR Logistics and Terminals» şirkəti ilə birgə, ADY Express karbomidi Batumi limanına nəql edir. Buradan yük, dəniz vasitəsi ilə, Latın Amerikasında olan alıcıya çatdırılacaq.

Yaxın zamanda karbamidin daha boyük partiyasının xaricə nəql olunması planlaşdırılır.

Xatırladaq ki, SOCAR Carbamide zavodu 16 yanvar 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilmişdir. Zavod 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin təxminən 70 faizi ixrac üçün nəzərdə turulub ki, bu da ölkəyə ildə 160 milyon dollara qədər əlavə gəlir əldə etməyə imkan verəcəkdir. SOCAR karbamid zavodu hazırda qeyri-neft sektorunda həyata keçirilən, ümumi dəyəri təxminən 800 milyon avro olan ən böyük layihədir.

Anar
Xəbəri paylaş