Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı xanım Avropa Şurasında rəhbər vəzifəyə seçildi



Newscenter.az.25.10.2019. Azərbaycan daim idmanda sağlam rəqabətin aparılması, idmançıların dopinq preparatlarından istifadəsinin qarşısının alınması, idmanın inkişafı məqsədi ilə yeni qanunların işlənib hazırlanması və bu kimi önəmli addımlarda ön sıralarda gedib.

“İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu, Ümumdünya Antidopinq Agentliyinin iclasının Bakı şəhərində keçirilməsi və digər mühüm layihələr qeyd edilənlərin bariz nümunəsidir.

Məhz bu düzgün siyasətin nəticəsi olaraq, Gənclər və idman nazirliyinin sektor müdiri Məryəm Qafar-zadə 25 oktyabr tarixdə Strasburqda Avropa Şurasında keçirilən Anti-Dopinq Konvesiyasının 51-ci Monitorinq Qrupunun iclacında iştirakçı 27 ölkənin səsverməsi nəticəsində, yekdilliklə həmin Konvensiyaya uyğunluq üzrə Məsləhət Qrupunun rəhbəri vəzfəsinə seçilib.

Newscenter.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən bildirilib ki, Avropa Şurasının Anti Dopinq Konvesiyasinin üzv dövlətlərin Konvesiyaya uyğunluğunun müəyyən edilməsi, uyğunluğun monitorinqinin təmin edilməsi, nəticələrin Monitorig Komitəsinə təqdimatı, Konvensiyanın tətbiqində ölkələrə yardımın göstərilməsi Məryəm Qafar-zadənin əsas iş istiqamətlərindən olacaq.

Məlumat üçün bildirək ki, Avropa Şurasının Anti Dopinq konvensiaysına 52 ölkə qoşulmuşdu.

Qeyd edək ki, M.Qafar -zadə 8 il ərzində Avropa Şurasında Beynəlxalq layihələrin rəhbəri vəzifəsində çalışıb.

Ehtiram
Xəbəri paylaş