Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cari ilin 9 ayında Neft Fondunun büdcə xərcləri 7 680,4 milyon manat təşkil edib.



Newscenter.az.25.10.2019. Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) Newscenter.az-a bildirilib ki, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 14 715,2 milyon manat, büdcə xərcləri isə 7 680,4 milyon manat təşkil edib.

2019-cu ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 074,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 290,4 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, akrhesabı ödənişləri 4,7 milyon manat, tranzit gəlirləri 13,4 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 640,3 milyon manata bərabər olub.

Zaur
Xəbəri paylaş