Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fizuli Məmmədov Azərbaycan diasporunun tanınmış nümayəndələri ilə görüşüb

Fizuli Məmmədov Azərbaycan diasporunun tanınmış nümayəndələri ilə görüşüb


Newscenter.az.28.10.2019. Rusiya Azərbaycanlıları İttifaqı (RAİ) və Dünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədov Çoskva şəhərində Rusiyadakı Azərbaycan diasporunun məşhur nümayəndələri ilə görüş keçirib.

Newscenter.az xəbər verir ki, tədbirdə RAİ-nin vitse-prezidenti Elnur Hüseynov, Smolnı Universiteti İnnovasiya Tədqiqatları və Təhsil Konsorsiumunun prezidenti Heydər İmanov, Petropavlovsk-Kamçatka şəhər dairəsi şəhər Dumasının deputatı, "Birlik" Kamçatka regional ictimai təşkilatının sədri Ramazan Hüseynov, ictimai xadim Yusif Xadırov və başqaları iştirak ediblər.

Görüşdə Rusiya Azərbaycanlıları İttifaqı ilə Smolnı Universiteti İnnovativ Elmi və Təhsil Konsorsiumu arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib. Sosial-humanitar və elmi-mədəni sahələrdə birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə olunub.
Görüş zamanı RAİ prezidenti Fizuli Məmmədov iştirakçılara qurumun Rusiyanın bölgələrində həyata keçirilən, Rusiya ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsinə xidmət edən yeni layihələri barədə də məlumat verib.

Çıxışında professor Heydər İmanov rəhbərlik etdiyi qurumun fəaliyyətindən, təşkilatın Rusiyadakı Azərbaycan diasporu ilə əlaqəsi barədə danışıb. O, eyni zamanda səmimi qəbula görə RAİ rəhbərliyinə təşəkkürünü bildirib.

Xüsusilə RAİ-nin bölgələrdəki fəaliyyətinə diqqət yetirən Ramazan Hüseynov, təşkilatın fəaliyyətinin, xüsusilə Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətindəki işlərini təqdir edib, bu kimi layihələrin diaspora fəaliyyətinə ilham verdiyini diqqətə çatdırıb. Bildirib ki, RAİ bölgələrdəki Azərbaycan icmalarının etimadını tam doğrulub.

Görüşə yekun vuran Rusiya Azərbaycanlıları İtifaqının prezidenti Fizuli Məmmədov konstruktiv, məlumatlı və faydalı dialoqa görə bütün iştirakçılara təşəkkür edib.

Xosrov
Xəbəri paylaş