Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan millisi Hollandiya, Bolqarıstan və Polşa ilə mübarizə aparacaq



Newscenter.az.1.11.2019. Voleybol üzrə kişi və qadınlar arasında Avropa Olimpiya Təsnifat Turnirlərinin ev sahibləri və yarışların keçirilmə vaxtları dəqiqləşib.

Newscenter.az-a Voleybol Federasiyasından bildirilib ki, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin də oynayacağı şəhər və qrup müəyyənləşib. Hollandiyanın Apeldorn şəhərində baş tutacaq turnir 7-12 yanvar 2020-ci il tarixlərinə təsadüf edəcək. 8 ölkənin mübarizə aparacağı yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına Avropadan son iştirakçının adını müəyyənləşdirəcək. Bu “səkkizlik” isə axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub.

Azərbaycan millisi A qrupunda Hollandiya, Bolqarıstan və Polşa millilərinə qarşı oynayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika milliləri öz gücünü sınayacaqlar. Turnirin qalibi Olimpiadaya bilet sifariş edəcək.

Kişilərin mübarizəsi isə yanvarın 5-10-da Almaniyanın paytaxtı Berlində baş tutacaq. Burada ev sahibləri ilə yanaşı, Belçika, Bolqarıstan, Çexiya, Fransa, Hollandiya, Serbiya və Slovakiya gücünü yoxlayacaq.

Ehtiram
Xəbəri paylaş