Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Birinci vitse-prezident Mehriban Əliyeva Qarabağ əlilinin ev problemini həll edib



Newscenter.az.1.11.2019.
“Mən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdaram. Həm ailəmiz adından, həm Qarabağ əlilləri adından, həm şəhid ailələri adından, həm də Qazax rayonunun çox saylı camaatı adından Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Bizim səsimizi eşidib, evimizi geri qaytardığı üçün ona dünyanın ən böyük neməti olan cansağlığı arzulayıram. Allah onun canını sağ eləsin, ömrü uzun olsun”.

“Report”un xəbərinə görə, bunu Qarabağ müharibəsi əlili, Prezident təqaüdçüsü Qurban Qurbanov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanladığı müraciətində deyib.

Belə ki, 2014-cü ildə həyat yoldaşı və oğlunun səhhəti ilə bağlı bankdan götürdüyü krediti ödəyə bilmədiyi üçün girovda olan mənzilinə həbs qoyulan Qazax rayon sakini, Qarabağ müharibəsi əlili Q.Qurbanov Birinci vitse-prezident Mehriban Əliyevaya bu günlərdə məktubla müraciət edib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Qarabağ müharibəsi əlilinin Vətən uğrunda xidmətləri, hazırda üzərinə həbs qoyulan mənzilinin ölkə Prezidenti tərəfindən verildiyi nəzərə alınaraq onun banka olan borcunun dövlət hesabına ödənilməsinə dair müvafiq tapşırıq verib.

Eyni zamanda Mehriban Əliyevanın tapşırığına əsasən, Qurban Qurbanovun oğlunun müalicəsi ilə bağlı məsələləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Xəbəri paylaş