Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən ay AQTA-nın 1003 “Çağrı Mərkəzi”nə 2030 müraciət daxil olub



Newscenter.az.1.11.2019. 2019-cu ilin oktyabr ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 2030 müraciət daxil olub.

Newscenter.az-a Agentlikdən bildirilib ki, daxil olan müraciətlərdən 374-ü sertifikatlaşdırma və qeydiyyat, 476-ı idxal-ixrac əməliyyatları, 180-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 25 müraciət daxil olsa da, onlardan yalnız 8-i öz təsdiqini tapıb. Bütün hallarda müraciətlər araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 104-ü işə qəbulla, 871-i isə digər xarakterli müraciətlər olub.

Orxan
Xəbəri paylaş