Impera

XƏBƏR LENTİ
20:12Birinci vitse-prezidentin təşəbbüsünə Qusar məktəbliləri də qoşuldu-FOTOLAR19:48İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi19:22Xırdalan 10 saylı məktəbin şagirdləri Bayraq Günü fləşmobu hazırlayıblar - FOTOLAR-VİDEO18:51Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Oklahoma ştatında səfərdədir17:55Yeni qaydalarla subsidiya verilməsi üçün müraciətlərin qəbuluna başlanıb17:37Çexiyada “Mədəniyyətlərarası dialoq, radikalizm və zorakılığın qarşısının alınması” mövzusunda konfrans keçirilib16:52Prezident bu rayon üçün 19,4 milyon manat ayırdı16:39Metropolitençilər peşə bayramlarını qeyd ediblər “Fəxri metropolitençi” və “İlin maşinisti” mükafatlarının laureatları elan edilib16:16“Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib16:00Fizuli Məmmədov: "İnanıram ki, tezliklə respublikamızın ərazi bütövlüyü bərpa ediləcək və üçrəngli Azərbaycan bayrağı bu gün Ermənistanın işğalı altında olan Azərbaycanın şəhər və kəndləri üzərində dalğalanacaq"15:50Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir15:33Paytaxt məktəblərində Dövlət Bayrağı Günü qeyd edilib15:15“Azərsu” rəhbərliyi vətəndaşları qəbul edəcək14:50Energetika Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşəcək14:37ABC Tədris və İnkişaf Mərkəzi sınaq imtahanlarının təşkilinə başlayır14:12Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edib13:50Metropolitençilər Heydər Əliyevin məzarını ziyarət edib13:19Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq12:44Müəllim və valideynlər qəbul edilib12:23Yanvarın 1-dən 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq12:00Nəsiminin 650 illik yubiley tədbiri keçirilib11:45Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlama kameraları yenilənərək istifadəyə verilib11:30“Türk Hava Yolları” Çinin Sian şəhərini uçuş xəritəsinə əlavə etdi11:06İrandan gələn yük maşınında külli miqdarda narkotik vasitə və psixotropa maddələr aşkarlanıb10:56“ASAN xidmət” mərkəzləri noyabrın 9-da işləməyəcək10:50“Kiçik Akademiya”nın 5 illiyi qeyd olunub10:31İlin sonuna qədər paytaxtın mərkəzindəki bütün yaşayış binaları genişzolaqlı xidmətlərlə təmin ediləcək10:00Prezident "Facebook"da Bayraq Günü münasibətilə paylaşım edib - VİDEO09:14Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub19:47RAİ rəhbərliyi “Yeni Müsavat” qəzetini ziyarət edib-FOTOLAR19:08Avtomobil qəzası qaz təsərrüfatına ziyan vurub18:00Prezident Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb17:31Bu yolda rənglənmə işləri aparılacaq16:24Nazir Vilayət Eyvazov İran səfirini qəbul edib16:10“Kaspersky” mülki dronlara qarşı sistem təqdim edir16:00AQTA qida sahəsində çalışan sahibkarlara müraciət etdi15:34Ermənistan İŞİD terrorçularından Azərbaycana qarşı istifadə edəcək15:02ABŞ-da ADAU və Oklahoma Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb14:45BMqT-nin Azərbaycan nümayəndəliyinin təmsilçiləri beynəlxalq təlimdə iştirak ediblər14:08Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti II Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir13:59Deputat məhkəməyə verildi13:28Süd və süd məhsulları autizmli uşaqlara necə təsir edir?13:05Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb13:00Yeni ailə quran gənclərə Bayraq hədiyyə ediləcək12:41Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Bakıya gəlib-FOTOLAR12:07Avtomobil qaz xəttinə çırpılaraq yanıb11:48Dieqo və Frida “Gənclik” stansiyasında11:30Oktyabr ayında “Sağlam məktəbli” layihəsi çərçivəsində 27 ümumtəhsil müəssisəsində görüş keçirilib11:24Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulub11:13Fransa ilə hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib11:00Baş Təhsil İdarəsi təhsil müzakirələri keçirir10:41Prezident Musa Yaquba mənzil hədiyyə edib10:33Aparılan islahatlar dəmir yolunda sürəti artıracaq10:05Dövlət Agentliyinin sədr müavini İən Xana xüsusi müsahibə verib09:26Düşmən atəşkəs rejimini 23 dəfə pozub09:00839 fərdi evə qaz verilib16:48Çin Xalq Respublikası 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir16:25Voleybol komandamıza kim rəhbərlik edəcək?15:55Sahibkarlar və özünüməşğulluq proqramına qoşulmuş fermerlər KOBİA-nın onlayn maarifləndirmə tədbirindən yararlanıblar15:20BŞİH Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb14:50Metronun "Gənclik" stansiyasında sərgi təşkil olunacaq14:22Bu toplantı müxalif düşərgədə mənəvi dəyərlərin heçə sayılmasının əyani nümayişi idi13:51Kənd təsərrüfatı sahəsində Azərbaycan-ABŞ əməkdaşlığı Vaşinqtonda müzakirə olunub13:09Sabah hava necə olacaq?12:47Daşıyıcılar sürücüləri qanunvericilikdə nəzərdə tutulmuş normadan 2 dəfə artıq işlədirlər12:24“Araz” supermarketlərində iylənmiş toyuq satılır12:09AQTA quş qripi ilə bağlı epizootoloji monitorinqlərə başlayır11:45Bakıda avtomobildə erməni mahnısı səsləndirərək sosial şəbəkələrdə yayan şəxs saxlanılıb11:23Müdafiə naziri Litva səfiri ilə görüşüb10:34Daha 3 məktəbli qızıl medal qazanıb10:00Mingəçevir şəhərində vətəndaşlar qəbul ediləcək09:24Ermənilər atəşkəs rejimini 24 dəfə pozub09:00Bakıda hərbi tibb mütəxəssislərinin işçi görüşü keçirilib22:57Multikulturalizmin Azərbaycan modeli18:12Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib17:50Heydər Əliyev Fondu Oqtay Gülalıyevi müalicə üçün Türkiyəyə göndərir17:10AQTA Mingəçevirdə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlayıb16:06LG 2019-cu ilin 3-cü rübü üzrə maliyyə yekunlarını açıqladı15:44Voleybolçu qızlarımız Gürcüstanda öz qüvvələrini sınayacaqlar15:11Müdafiə Nazirliyinin nümayəndələri Moskvada hərbi-musiqi festivalında iştirak edirlər15:00“Azəriqaz” rəhbərliyi vətəndaşları qəbul edib14:42Zakir Həsənov Türkiyənin yüksək səviyyəli hərbi nümayəndə heyəti ilə görüşüb14:20“Türk Hava Yolları”nın təşkil etdiyi “Skylife” foto müsabiqəsinin qalibləri mükafatlandırıldılar13:55Multikulturalizmin Azərbaycan modeli13:43AzMİU-da radiasiya və kimyəvi təhlükəsizlik problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir13:29Altıncı Bayraq festivalına start verilib13:11İki rayon üzrə səyyar qəbul keçiriləcək12:48Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən bağırsaq emalı müəssisəsi aşkarlanıb12:28Radikalların imkanı olsa hətta qatığa da "qaradır" deyərlər11:43Ayhan Dəmirçi XİN-in yubiley medalı ilə təltif edilib-FOTOLAR11:28Maşinist peşəsi üzrə növbəti kursda 9 müdavim11:02Gürcüstana qanunsuz yolla keçmək istəyən 8 Azərbaycan vətəndaşı saxlanılıb10:41Səbail rayonu üzrə “Məktəb seminarları” keçirilir10:24Dövlət Bayrağı Günü münasibətilə “Açıq qapı” günü və andiçmə mərasimi keçiriləcək10:00Məşhur çapar Gülay Fərzəliyeva:: "Fizuli əmi, Sizə söz verirəm ki, bu atı Qələbə günü Cıdır düzündə çapacam"09:42Bakı-Şamaxı magistralının 16 km-lik hissəsinin genişləndirilməsi yekunlaşır09:31Atəşkəs rejimi 22 dəfə pozulub20:00Düşmən millətdən olan şəxslərin hansısa yollarla ölkəmizin içinə sızması çox ciddi məsələdir19:34Yanvarın 1-dən 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan ediləcək19:11Nümayəndələr Palatası Vaşinqtonun daxili və xarici siyasətinə zərbə vurur
BÜTÜN XƏBƏRLƏR
Kasım 2019 (195)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)

«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Türkiyə və ABŞ arasında inam mühiti itib

03 Noyabr 2019, 11:38   
Türkiyə və ABŞ arasında inam mühiti itib


Newscenter.az.3.11.2019. Türkiyə və ABŞ arasında inam mühiti demək olar ki, itib. Hər iki dövlət bir-birinə əvvəlki qədər etibar etmir. İki NATO nəhənginin bu günkü münasibətləri tarix ərzində hələ bu qədər gərgin olmayıb. Təbii ki, Türkiyə və ABŞ arasında Kipr böhranını nəzərə almasaq. Lakin o dövr Türkiyə ABŞ üçün daha çox vazkeçilməz idi. Türkiyənin 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi zamanı öz ərazisindən istifadəyə icazə verməməsi, ABŞ-da Türkiyə etibarlı müttəfiq deyil fikrini formalaşdırdı. Parlament səsverməsində əslində AKP qərarı dəstəkləmişdi, lakin CHP və digər partiyalar bu qərara qarşı gəldilər. Türkiyənin son illər siyasi islama fokuslanması, Qərbin maraqlarını nəzərə alması, Rusiya və İranla yaxınlaşma Rusiyadan S-400 idxalı ABŞ-ın Fətullah Güləni himayə etməsi, PKK-YPG və PYD-yə aktiv dəstəyi Vaşinqtonla Ankara arasında münasibətlərin ruhuna təsir edir. Təbii ki, kürd amili ABŞ-ın Yaxın Şərq siyasətində önəmli hesab etdiyi İsrail faktorunun təhlükəsizliyi baxımından bufer zona kimi nəzərdən keçirilir. Kürd amili Türkiyəyə təzyiq xarakterli bir vasitə olmaqla yanaşı, regionda yeni müttəfiq kimi nəzərə alınır. Yəni kürdlərin regionda aktiv rol oynaması, habelə böyük döyüş təcrübəsinə və resurslara malik olması Qərbin lobbi dairələri, solçu və xristian fundamentalist cəbhələrin aktiv çalışması Qərbin əsas da, onun lideri ABŞ-ın marağını cəlb edir. Əgər nəzərdən keçirsək o zaman görərik ki, Vaşinqton kürdlərin müstəqillik istəklərində daima geri çəkilib və region dövlətlərinin mövqeyi ilə hesablaşıb. Türkiyənin son dövrlər müstəqil siyasət yürütmək istəyi də Ankaranın imperial keçmişindən qaynaqlanır.

Ankara Qərb blokunun üzvü kimi Qərbdən qopa bilmir, lakin onunla hesablaşmaq da istəmir və müstəqil siyasət aparmaq istəyir. Təbii ki, bu Türkiyənin haqqıdır. Türkiyə və ABŞ arasında əlaqələrin ruhuna təsir edən digər bir cəbhə isə Türk ordusu tərkibində olan güclü Avrasiyaçı qanaddır. Onlar xüsusilə son çevriliş hadisələrindən sonra daha da aktivləşiblər və Türkiyənin ənənəvi Atlantik siyasətdən uzaqlaşıb Çin və Rusiyaya inteqrasiya etməsini istəyirlər. Təbii ki, Qərb blokunun üzvü olan bir dövlət asanlıqla o blokdan ayrıla bilməz. Türkiyənin ABŞ-la ticarət dövriyyəsi ABŞ üçün elə də ciddi rəqəm olmasa da, Türkiyə üçün ciddi gəlir mənbəyidir. Üstəlik Türkiyənin xarici ticarət dövriyyəsinin 65 faizi Qərbin payına düşür.

Türkiyənin xarici ticarətində Qərbin payı təxminən 70 faizə yaxınlaşır, lakin Qərbin xarici ticarətində Türkiyənin payi cəmi 1 faizdir. Türkiyənin texnoloji əməkdaşlığının böyük qismi məhz Qərblədir. Digər tərəfdən qeyd edilməlidir ki, Türkiyə nə qədər dollardan imtina etməyə cəhd etsə də, bu mümkün deyil. Misal üçün Türkiyə Rusiya ilə xarici ticarətdə milli pul vahidi ilə əməkdaşlıq haqqında anlaşsa da, indiyə qədər bunu həyata keçirmək mümkün olmayıb. Türkiyə-Rusiya əməkdaşlığında dolların payı 83 faiz təşkil edib. Lirənin payı isə ümumiyyətlə minimuma bərabərdir. Türkiyəyə Qərbdən gələn investisiya azalsa da, Şərq ölkələrindən gələn investisiya yenə də dollarla daxil olur. Bütün bunları hələ də nəzərə alan insanlar Ərdoğanın komandasında qalmaqdadır. Ərdoğan hər nə qədər anti Qərb ritorikasına uyğun siyasət aparsa da, ən böyük Amerika yönümlü siyasət aparan lider idi. ABŞ-da daima Ərdoğanla anlaşmağa üstünlük verib. Son seçkilərdə də Türkiyə hakimiyyətinə bir sıra güzəştlər edilmişdi. Lakin bir şeyi qeyd etmək lazımdır ki, hazırda ABŞ-dan güclü antiƏrdoğançı, eyni zamanda güclü antiTrampçı qüvvələr var. Bu qüvvələr Ərdoğanın hakimiyyətdən getməsi və onun yerinə Qərblə daha yaxşı yola gedəcək birinin axtarışındadılar.

Hazırda Qərbin Türkiyədə HDP-lə müsbət əlaqələri var. Bu da özünü kürd kartı məsələsində göstərir. Digər tərəfdən Əli Babacan və Əhməd Davudoğlunun yeni yaradacağı partiya da Qərb tərəfindən dəstək görə bilər. Təbii ki, Ərdoğan bu durumu dəyişmək üçün bütün ritorikalardan istifadəyə çalışır. Son “Barış Pınarı” əməliyyatı tam olmasa da, Ərdoğan üçün uğur sayila bilər. Bu əməliyyatla Ankara kürdlərin Aralıq dənizində tək hegemonluğuna və Araliq dənizinə çıxışına, habelə İraq Kürdistanının quru blokadasından çıxmasının qarşısını aldı. Bütün bunlardan əlavə Türkiyə-ABŞ əlaqələrinə təsir edən əsas amillərdən biri də Türkiyənin ABŞ-dan ənənəvi dəstəkçilərini itirməsidir. İndiyə qədər Türkiyənin regional roluna ən çox dəstək olan Pentaqon və Yəhudi lobbisi idi. Pentaqon Türkiyənin regionda ancaq funksiyasını nəzərə alır və ABŞ administrasiyalarına bu istiqamətdə təsir göstərirdi. Hətta ABS prezidenti olan Corc Buş ABŞ-ın erməni soyqırımı tanımasına Türkiyənin roluna görə yox demişdi. Artıq Pentaqonda Türkiyənin ənənəvi siyasətindən uzaqlaşmasına görə Ankaraya qarşı çıxan güclü bir qrup var. Xüsusilə Türkiyənin Rusiyadan S-400 alması (burada ABŞ-ın öz səhvləri, vaxtında Türkiyənin təkliflərinə yox deməsinin də rolu var) Pentaqonun qınaqına səbəb olmuşdur. Digər cəhətdən Türkiyə ənənəvi yəhudi lobbisinin dəstəyini itirib. İndiyə qədər yəhudi lobbisi ABŞ-Turkiyə əlaqələrinin nizama salınmasında aktiv iştirak edirdi, həmçinin Vaşinqtonun Türkiyəyə qarsi sərt qərarlarının qəbuluna mane olurdu. Türkiyə İsrail arasında əlaqələrin gərginləşməsi yəhudi lobbisinin Türkiyəyə qarşı olan dəstəyini aradan qaldırdı və İsrail ABŞ Nümayəndələr Palatasının son erməni soyqırımı ilə bağlı qətnaməsinə mane olmadı.

Hətta qətnaməyə dəstək olanlar arasında Amerika Yəhudi Komitəsinin sədri Bakının dostu sayılan David Harris də var idi. Bu baxımdan zənnimcə Türkiyə İsraillə əlqələri yenidən nəzərdən keçirməlidir. İsrail əvvəl kürd kartına o qədər də maraq etmirdi. Lakin daha sonra bu amilə daha çox nəzər salmağa başladı. Bu məsələni özünün mövcudluğu üçün vacib elementə çevirdi. Türkiyə ABŞ-dan olan ənənəvi dostlarını yenidən qazanmalıdır. Türkiyənin üzünü Qərbdən ayrılıb Şimala baxması Azərbaycan üçün ciddi təsirlərə malik olacaq. Bu zaman rəsmi Bakı Moskvanı daha çox nəzərə almağa məcbur ola bilər. Ümid edək ki ABŞ və Türkiyədə olan sağlam qüvvələr iki NATO nəhəngi arasında əlaqələrin düzəlməsi üçün hərəkətə keçəcəklər. Əks halda bu hər iki dövlətin maraqlarına ciddi zərbələr endirəcək.

Kamran Sultanlı-Qafqaz Araşdırmalar Mərkəzinin (QAFSAM) siyasi eksperti
OXŞAR MÖVZULAR