Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu ərazilərə içməli su məhdudiyyətlə veriləcək



Newscenter.az.4.11.2019. Noyabrın 4-də Sumqayıt stansiyası, Müşfiqabad, Nübar, Çiçək, Hökməli qəsəbələri və ətraf yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə məlumat Newscenter.az-a “Azərsu” ASC-dən daxil olub. Bildirilib ki, buna səbəb Sumqayıt Karbamid Zavoduna yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsidir.

Su təchizatının axşam saatlarında bərpa edilməsi nəzərdə tutulur.

Anar
Xəbəri paylaş