Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həmsədr dövlətlər danışıqlarda manipulyasiya edir



Newscenter.az.4.11.2019. ATƏT-in Minsk qrupunun həmsədrlərinin bir müddət bundan əvvəl regiona səfərində heç bir dəyişiklik olmadı. Demək olar ki, həmsədrlərin bir qayda olaraq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində real addımları, yalnız separtaçı qondarma rejimi legitimləşdirmək olub.

Son iki aya diqqət etsək görərik ki, üç həmsədr dövlət danışıqlarda manipulyasiya edir və danışıqlar prosesində görüntü yaradır. Məqsəd isə Qarabağı gələcək perspektivdə Azərbaycandan ayırmaq üçün əsaslar yaratmaqdır. Təbii ki, burada erməni lobbisinin fəaliyyəti və üç dövlətin xristian təssübşekliyindən qaynaqlanır.

Fikir versek son bir ay ərzində üç həmsədr dövlət Parlament səviyyəsində separtçılarla əməkdaşlıq edib. Demək, Fransanın bir qrup parlamenarilərinin Xankəndinə səfəri, analoji olaraq buradakı separatçıların Fransaya "işgüzar" səfərləri, bunun ardınca Rusiya Dumasının depudatlarının işğal olunmuş ərazilərə səfəri və separatçılarla danışıqları, ABŞ konqreslərinin Xankəndinə gəlişi, ardınca sözdə separtçıların "xarici işlər naziri " Mailyanın ABŞ Konqresinə səfəri, burada "Artsaxın" müstəqilliyinin qeyd edilməsidir.

Göründüyü kimi rəsmi Bakının etirazlarına rəğmən üç ölkə parlament səviyyəsində separtizmə, ərazilərin dəyişdirilməsinə, işğala dəsək verir. BMT-nin qətnamələrinə, qəbul edilmiş Helsinki Yekun Aktının qərarlarına vasitəçi ölkələr əhəmiyyət vermirlərsə, nədən biz bu üç ölkənin vasitəçiliyilə danışıqları aparmalıyıq?

Hazırda masada olan "Yenilənmiş Madrid" prinsiplərinin ziddinə olaraq həmsədrlər fəaliyyət göstərir. Qeyd edim ki, dekabrda xarici işlər nazirlərinin yenidən görüşü keçiriləcək. Təbii ki, bu görüşdə protokol xarakterlidi. Baxmayaraq ki, Ermənistanın xarici işlər naziri E. Mnatsakanyan danışıqların dalana dirənmədiyini, davam etdiyini qeyd edir, həmçinin liderlərin mümkün görüşünüdə vurğulayır. Ardınca isə, Paşinyan facebookda qeyd edir ki, münaqişənin həllində heç bir proqram yoxdur və danışıqlar prosesində irəlləyişə nail olunmayıb, nəsə olarsa referenduma çıxarılacaq. Göründüyü kimi Ermənistannın mövqeyində ziddiyyətlərə baxmayaraq, cəbhədə nisbi sakitlik təbii ki, müəyyən bir razılaşmadan irəli gəlir. Yoxsa, rəsmi Bakı Ermənistana ciddi itkilər yaşadardı. Bununla yanaşı Paşinyan cəbhədə nisbi sakitliyi vurğulmaqla öyünür, həm də gərginliyin, itkilərin qaçılmaz olduğunu ictimaiyyətə çatdırır. Həmçinin Paşinyan daxili auditoriyaya heç də Qarabağla bağlı nisbi sakitliyin davamlı olmayacağını mesajını vermiş olur.

Hazırda Azərbaycan və Ermənistan rəhbərliyinin növbəti görüşü gələn il aprelə kimi baş tuta bilər. Hər iki lider arasında şifahi razılaşmanın olduğunu istisna etmirəm. Paşinyan Qarabağdakı Koçaryan və Sarkisyan klanını devirməsi üçün, növbəti dəfə Paşinyana vaxtın verilməsi istisna deyil. Əgər, proseslər bu ssenariyə uyğun olmasa, Azərbaycan tərəfi hərbi təzyiqlərə başlaya bilər. Əgər, hərbi təzyiqləri intensivləşməsə, gələn il Ermənistandan Qarabağa təyyarə reysi açılacaq, ilk sərnişin Paşinyan olacaq. Odur ki, işğalçı ölkənin rəhbərliyinin avantürasının qarşısını almaq üçün indidən preventiv addımlar atmaq lazımdır. Çünki, hazırkı məqamda Qarabağ münaqişəsinin siyasi həll variantı yoxdur. Ermənistanın siyasi iradəsi kənardan idarə olunur.

Məhəmməd Əsədullazadə-Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri
Xəbəri paylaş