Impera

XƏBƏR LENTİ
19:12Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib18:43Gündüz İsmayılov: “Azərbaycan xalqı hər zaman tolerantlığı ilə seçilib”18:26Rayon təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib18:01Komitə sədri vətəndaşları qəbul edib17:44Son iki ildə ölkədən tranzit keçməklə Avropaya aparılan 2 tona yaxın narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb17:30Azərbaycan şərabları Beynəlxalq Şərab Sərgisində nümayiş etdiriləcək17:20Dövlət Gömrük Komitəsinin sədri BP şirkətinin nümayəndə heyəti ilə görüşüb17:10Qida məhsullarında antibiotik təhlükəsi16:48Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ16:40Prezident Avtomobil Yolları Dövlət Agentliyinə 5 milyon manat ayırdı16:31Zaqatalada “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə olunub16:15Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib16:09Novruz Məmmədov yeni vəzifəyə təyin olunub15:55Bakı-Şamaxı-Yevlax avtomobil yolunda çat yaranıb15:45Paytaxt məktəbliləri beynəlxalq yarışlardan qalibiyyətlə qayıdıblar15:30Quşçuluqda innovativ yanaşma mövzusunda elmi-praktik seminar keçirilib15:13Qətərin Ermənistan sevgisi nədən irəli gəlir?15:05Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri aparılır14:49Miqrasiya Könüllüsü İctimai Birliyi ilə Azərbaycan Tibb Universiteti arasında anlaşma memorandumu imzalanıb14:37Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub14:20Azərbaycanda 3 milyon dolları təyinatı üzrə istifadə etməyən vəzifəli şəxs ifşa edilib13:50Prezident sakinlərlə söhbət edib, onlarla selfi çəkdirib13:35Həbsdən çıxan müxalifətçi özü mindən artıq Azərbaycan məhkəməsinin qərarlarını pozub13:16Sabah hava yağışlı olacaq12:54Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri işdən çıxarılıb12:47Kənd Təsərrüfatı Nazirliyində struktur dəyişikliyi olub12:39“Dayanıqlı inkişaf məqsədləri (DİM) və Biznes mühiti” mövzusunda konfrans keçiriləcək12:19Azərbaycan tədricən köhnə kartof idxal etməyəcək12:16Bakı birinciliyi uğrunda mübarizə davam edir11:50Fiziki tərbiyə müəllimləri üçün təlimlər keçirilir11:40Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib11:36Prezident “28 May” stansiyasının qarşısında sakinlərlə görüşdü11:25Hövsan qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq11:13Bakıda evlərdən oğurluq edən qadın saxlanılıb11:00Kənd Təsərrüfatı Nazirliyi Göygöldə heyvandarlıq kompleksinin tikintisinə 13 milyon manat xərcləyəcək10:43Eyni mənzildən 3 dəfə oğurluq edildi10:31“Məktəb seminarları” başa çatıb10:11Şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədi ilə monitorinqlərə başlanılıb09:34Türkiyə mətbuatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən yazdı09:10Düşmən snayperlərdən mövqelərimizi atəşə tutub23:15Bakı-Sabunçu istiqamətində elektrik qatarlarının hərəkəti dayandırılacaq23:02İndiyədək güzəştli şərtlərlə səyyar gübrə satışından 5205 vətəndaş yararlanıb22:29Azərbaycan-Rusiya Regionlararası forumu keçiriləcək19:30Sumqayıt səmasında uçan helikopterlərdən sakinlər üçün dəvətnamə atılıb-VIDEO18:31Bu həftə 10 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək17:20Tovuzda “Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib16:50Prezident İlham Əliyev: "Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir"16:36Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə olunub16:20Prezident İlham Əliyev Vasif Talıbovu qəbul edib15:58Metropolitençilər üçün turizm zonasına tur təşkil edilib15:48Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb15:40Tofiq Yaqublu azadlığa çıxıb15:03Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Harvard Universitetinin rəsmi saytında məqaləsi dərc edilib14:45Təhsil naziri Yevlaxda vətəndaşları qəbul edəcək14:22Abşeronda evdən 53 500 manatlıq oğurluq edilib13:55Azərbaycan voleybolunun veteranı və ilk voleybol meneceri13:43AFAQ layihəsi çərçivəsində regionlarda qadın fermerlərlə görüşlər keçirilir13:31Sabah hava necə olacaq?13:18Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb13:01Müsavat Partiyasını alverçilərdən təmizləmək lazımdır12:52“Azərenerji” gənc və perspektivli kadrların yolunu açır12:40Bu ilin 10 ayında Azərbaycan iqtisadiyyatına 11 milyard manatdan çox investisiya qoyulub12:02Təhsil müəssisələrində Milli Dirçəliş Günü qeyd edilib11:50"Loqos"un təmsilçisi beynəlxalq festivalda iştirak edib11:38Kəmaləddin Heydərovun biznesində ciddi axsamalar yarandı — Bosniyada işlər yarımçıq qaldı11:27“Məktəb seminarları” davam edir11:18Keçən ay 9 mindən çox yeni abonent qeydə alınıb10:59Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib10:45Bu ilin 10 ayı ərzində 1559,8 km uzunluqda müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib10:25Avtomobil qəzası zamani Qazax şəhərinin mərkəzindəki qaz xətti qırılıb10:00Xaçmazda 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır09:35Atəşkəs rejimi 25 dəfə pozulub09:00İranda baş verəcək istənilən proses Azərbaycana təsirsiz ötüşməyəcək16:21Yeni icra hakimiyyəti başçısından anoloqu olmayan kadr islahatı15:45İndiyədək 26197 fermer əkdikləri məhsul barədə məlumatı EKTİS-ə daxil ediblər14:01Fizuli Məmmədovdan bayram təbriki: "Azərbaycanın müstəqilliyi əbədi, müstəqil Azərbaycan dövləti güclü və firavan olsun”13:32Hava limanı yolunda dəhşətli qəza-ölən və yaralananlar var13:10Tərtərin icra hakimiyyəti başçısının başı dərddə... - Barəsində video yayıldı + VİDEO13:00Sabah bəzi ərazilərdə yağış, sulu qar yağacaq12:39Bir siyasi partiyanın "mühacir biznesi" (insan alveri) ilə məşğul olması nəinki mənəvi, eyni zamanda siyasi rüsvayçılıqdır12:092020-ci ildə Şərq Tərəfdaşlığı ölkələri arasında rominq tariflərinin azaldılmasına dair saziş imzalana bilər11:48"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Mingəçevir və Yevlax şəhərlərindən olan vətəndaşları qəbul edib11:20“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri Quba, Qusar və Xaçmazda fermerlərlə görüşüb10:34Naxçıvan Qarnizonu ilə ərazidə keçirilən çoxpilləli komanda-qərargah təlimi başa çatıb - VİDEO10:00Birinci vitse-prezident Mehriban Əliyeva xalqımızı Milli Dirçəliş Günü münasibətilə təbrik edib09:20Atəşkəs rejimi 23 dəfə pozulub09:02Rusiya Azərbaycanlıları İttifaqının Mübariz döyüşçü idman klubunu hüquqi şəxs olaraq qeydiyyatdan keçdi08:35Azərbaycanda Milli Dirçəliş Günüdür18:50Lerikin daha 3 kəndinə qaz verildi18:27Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Balakən rayonunda vətəndaşlarla görüşüb17:52Bu erməni lobbisinə vurulan ciddi zərbə idi17:44Əməliyyat təliminin son mərhələsi keçirilib - VİDEO17:27BŞTİ müdiri vətəndaşları qəbul edib17:10Prezident zəlzələnin fəsadlarının aradan qaldırılmasına 6 milyon manat ayırdı16:58“Mastercard”la bir toxunuşla ödəniş edin16:33İrandan Azərbaycana daxili orqanında narkotik vasitə və psixotrop maddə gətirmək istədi16:11Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır15:45Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib15:26Azərbaycanla Fransa arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə olunub15:19"Sirab"a qarşı kampaniyanın arxasında kimlər durur?
BÜTÜN XƏBƏRLƏR
Kasım 2019 (375)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)

«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Əli Əhmədov: "Seçkidə iştirak etməyən partiyanın mövcudluğu öz mənasını itirir"

04 Noyabr 2019, 11:42   


Newscenter.az.4.11.2019. "Bir neçə gündür ölkədə bələdiyyə seçkilərinə start verilib. Dekabr ayının 23-də keçiriləcək səsvermə nəticəsində bələdiyyələrin yeni tərkibi seçiləcək. 16 minə yaxın insan ölkənin yerli özünüidarə orqanlarında təmsil olunacaq, regionların idarə olunmasında, sosial və iqtisadi problemlərinin həll olunmasında, bütünlükdə inkişafın təmin edilməsi prosesində yaxından iştirak edəcək".

Newscenter.az xəbər verir ki, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bələdiyyə seçkiləri ilə bağlı yazdığı məqalədə qeyd edib. Əli Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası növbəti bələdiyyə seçkilərinə ciddi hazırlaşıb, öz namizədlərini müəyyənləşdirib:

"Hazırda Seçki Məcəlləsinə uyğun olaraq namizədlərin irəli sürülməsi prosesi davam edir. Çalışmışıq ki, ən layiqli namizədlər irəli sürülsün. Partiyanın bu barədəki qərarının düzgün və ədalətli olduğuna inanıram. Ona da əminəm ki, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlər seçkilər zamanı əhalinin dəstəyini qazana biləcək. Müəyyən etdiyimiz namizədlər arasında gənclərə və qadınların nümayəndələrinə xüsusi diqqətlə yanaşıldığını ayrıca vurğulamaq istəyirəm.

Seçkilər hər bir partiyadan ötrü sınaq anıdır. Bələdiyyə seçkiləri bu mənada istisna deyil. Bu elə bir fürsətdir ki, partiya öz mütəşəkkilliyinə, resurslarını səfərbər etmək imkanlarına, əhalinin partiyanın proqramına və bütünlüklə fəaliyyətinə verdiyi qiymətə baxış keçirilməsi mümkün olur. Digər bir tərəfdən, bələdiyyələr partiya üzvləri üçün yaxşı təcrübə məktəbidir. Xüsusilə, partiyanın gənc üzvləri bələdiyyə seçkilərində iştirak etməklə zəruri seçki kampaniyasını aparmaq təcrübəsi toplayır, digər tərəfdən isə, bələdiyyələrə seçilənlər bələdiyyələrin həyatında yaxından iştirak etməklə ictimai nüfuz və idarəçilik təcrübəsi qazanmış olurlar. Yeni Azərbaycan Partiyasının nümunəsindən deyə bilərəm ki, vaxtilə bələdiyyə üzvü seçilib xidmət göstərərək özünü tanıda bilmiş bir sıra partiya nümayəndələri sonralar Milli Məclisə üzv seçilmiş, yaxud dövlət idarəçiliyi sahəsində məsul vəzifələrə irəli çəkilmişlər".

Əli Əhmədov bildirib ki, 2019-cu ilin bələdiyyə seçkilərinə Yeni Azərbaycan Partiyası xalqa xidmət devizi altında gedir:

"Amalımız bələdiyyələrin ərazisində əhaliyə xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, yerli əhəmiyyətli problemlərin həllinə dəstək, ölkəmizdə həyata keçirilən islahatların regionlarda uğur qazanmasına töhvə verilməsindən ibarətdir. Seçkilər, o cümlədən yerli seçki sayılan bələdiyyə seçkiləri hər bir partiyanın həyatı və fəaliyyətinin əsas hadisəsidir. Əslində partiya yalnız seçkilər vasitəsilə ölkənin ictimai və siyasi həyatında iştirak etmək istəyini reallaşdıra bilər və reallaşdırır. Seçkilər eyni zamanda bu və ya digər partiyanın ictimai dəstəyini, imkanlarını, habelə siyasi baxış və platformasını nümayiş etdirməyin ən yaxşı və sınanmış formasıdır. Belə olduğu halda bəzi partiyaların bələdiyyə seçkilərinə biganəliyini, kampaniyada iştirak etmək istəməməsini başa düşmək mümkün deyil. Etiraf etmək lazımdır ki, seçkidə iştirak etməyən partiyanın mövcudluğu öz mənasını itirir, nəticə etibarilə o marginallaşır və cəmiyyətin siyasi sistemində normal fəaliyyət göstərmək imkanlarından məhrum olur. Seçkilərdə iştirak etməkdən məqsədyönlü şəkildə imtina edən partiya (və ya partiyalar) istər istəməz radikallaşır, hüquq müstəvisindən kənara çıxır və cəmiyyət üçün təhlükəli elementə çevrilir. Onu da unutmaq olmaz ki, seçkilərdə iştirak etməkdən imtina edən partiya əslində sosial bazasının yetərincə olmamasını nümayiş etdirir ki, bu da onun siyasi sistemdə rolu və yerinin spesifik göstəricisi sayılmalıdır".

Hakim partiyanın sədr müavini qeyd edib ki, seçkilərdə iştirakdan imtina edən partiyaların siyasi fəaliyyətinin qanun müstəvisindən kənara çıxması və radikallaşması Azərbaycanda bəzi partiyaların nümunəsində aydın şəkildə özünü göstərir:

"Milli Şura, Azərbaycan Xalq Cəbhəsi Partiyası kimi təşkilatların demokratik prinsiplərdən imtina edərək radikal siyasi fəaliyyət metodlarına istinad etdiklərini sübuta yetirməyə ehtiyac yoxdur. İcazəsiz mitinqlər keçirmək, qarşıdurma yaratmaq, sabitliyi pozmağa cəhd göstərmək onların siyasi arsenalında başlıca üsullardır. Belə metodlar həmin partiyaları sivil, demokratik mübarizə üsullarından uzaqlaşdırır, radikalizmin ifrat formasının baş qaldırılmasına rəvac verir. Yeni Azərbaycan Partiyası siyasi partiyaların demokratik fəaliyyət üsullarından uzaqlaşmasını, radikallaşmasını yolverilməz hesab edir və hər bir siyasi təşkilatı qanunlar çərçivəsində, hüquq müstəvisində fəaliyyət göstrməyə səsləyir. Ölkədəki demokratik mübarizə mühitinin, sağlam siyasi rəqabətin qorunub saxlanmasının alternativi yoxdur. Seçkilər dövründə hər bir partiya seçki kampaniyasına qatılmaqla həm demokratik dəyərlərin daha da möhkəmlənməsinə xidmət göstərir, həm də siyasi proqramını həyata keçirmək imkanı qazanır. Mən bütün siyasi partiyaları bələdiyyə seçkilərinə qatılmağa, sağlam əsasda siyasi rəqabət mübarizəsinə qoşulmağa çağırıram. Yeni Azərbaycan Partiyası artıq bu yarışa qoşulub və ciddi uğur qazanacağına şübhə yoxdur".

Xosrov
OXŞAR MÖVZULAR